Ofisinal dərman bitkiləri-Çin çayı

Çin çayı- Thea sinensis L. (Camelia sinensis ) -Çin çayı vətənində hündürlüyü 5-10 m olan həmişəyaşıl ağac bitkisidir.Becərilən isə kolşəkillidir.

Çay kolunun becərildiyi ərazidən asılı olaraq Çin, Vyetnam, hind, Şri-Lanka ,Azərbaycan ,türk ,İran ,gürcü vəs çaylar məlumdur.Çay kolunun vətəni Çin, Birma və Vyetnam hesab olunur.

Çay yarpaqlarının tərkibində kofein (1.5-3.5%),teobramin, teofillinin ,aşı maddələri (20-24%) ,flavanoidlər,efir yağları ,tanin,riboflavin ,nikotin  və pantoten turşuları mövcuddur.Çay yarpaqlarını apreldən noyabra kimi toplayırlar.Yarpaqları bir müddət saxlayıb soluxdururlar.Sonra müxtəlif çeşidli çaylar almaq üçün mərhələli emalı aparılır.Yaşlı yarpaqlar və çay tozundan ibarət istehsalat tullantisi kofeinin və tez həll olan çayların alınmasına sərf edilir.Taninlə ən zəngin çay hind və Şri -Lanka çayları hesab olunur,ikinci yeri isə Çin çayı ,sonrakı yerləri isə bu cəhətdən yapon, Vyetnam çayları və d. tuturlar.

 Çayın xammalından ağ ,iynəşəkilli ,acı dadlı kristallar şəklində olan kofein alırlar.Kofein MSS stimulyatoru və kardioloji vasitədir.1 stəkan qəhvə və ya çayın tərkibində 0.05-0.1 q kofein olur.Kofeinin törəməsi olan kofein natrium-benzoat da kofein kimi tətbiq olunur.Teobromin hipotenziv təsir göstərir,ürək və böyrək damarlarını genəldir,bronx əzələlərini boşaldır.Teobraminin əsasında "Temisal" preparatı (natrium-teobraminin natrium-salisilatla qarışığı) istehsal olunur."Teofillin" damargenəldici ,bronxgenəldici və diuretik təsirli vasitədir."Eufillin" preparatı teofillinlə etilendiaminin ikiqat duzudur.Çay yarpaqlarının fermentasiyadan keçirildikdə qara çay ,keçirilmədikdə yaşıl çay əldə edilir.Yarpaqlar az emala uğradığı üçün yaşıl çay daha faydalıdır.Çay  zehni və fiziki yorğunluğu azaldır.Sidikqovucu təsiri var,ishalı kəsir.Aterosklerozda ,ürək çatışmazlığında faydalıdır.

Normadan artıq içildikdə isə döyüntünü artırır.Əllərdə titrəmə ,yuxusuzluq yaradır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ə

 

 

 

Çox oxunanalar