A-Z Dərman preparatları.Virusəleyhinə maddələr.QİDS

    Virilosid təsir effektinə malik ilk virusəleyhinə dərman preparatı tiosemikarbazon haqqında əhatəli məlumat 1946-ci ildə Q.Domark tərəfindən verilmişdir. 

 Tibbi praktikada istifadə olunan virusəleyhinə dərman maddələrini alınma mənbəyinə görə aşağıdakı qruplara bölmək olar:

  1. Bioloji maddələr (makroorqanizm tərəfindən sintez olunan)  

       İnterferonlar  -İntron A, Roferon A,Velferon ,generik analoqları -Eqiferon,Reaferon, Realdiron (qrip ,sadə herpes,A və B xroniki virus hepatiti,QİDS vəs)

      2.Sintetik preparatlar 

     a)Nukleozidlərin analoqları 

     Zidovudin,Stavudin,Asiklovir,Valasiklovir ,Qansiklovir ,Famsiklovir,Vidarabin ,Ribamidil,Trifuluridin,İdoksuridin

     b) Peptidlərin törəmələri 

     Sakvinavir,Nelfinavir,İndinavir,Ritonavir

     c)Adamantan törəmələri

     Amantadin (Midantan) ,Remantadin 

    ç) İndolkarbon turşusu törəmələri

   Arbidol 

   d)Dihidrooksifosfinkarbon turşusu törəmələri 

     Foskarnet 

   e)Tiosemikarbazon törəmələri

    Metisazon 

3.Bitki mənşəli virus əleyhinə maddələr

 Flakazid,Alpizarin,Xelepin Meqosin,Qossipol-( əsasən sadə herpes əleyhinə ,qossipol-sadə herpes,psoriaz əleyhinə ,eyni zamanda spermatosid olduğuna görə kontraseptiv)

Son illərdə virusəleyhinə dərman maddələrinə maraq əhəmiyyətli dərəcədə artmışdır.Buna səbəb əsrin faciəsi adlanan virus etiologiyalı QİDS (qazanılmış immuno defisit sindrom) xəstəliyidir.

QİDS-in müalicəsində hələ 100% terapevtik effekti olan preparatlar alınmamışdır. Xüsusi retroviruslar- insanın immunodefisit virusu(İİV ,HIV) tərəfindən törədilən və nəticəsi ölümlə qutaran bu ağır xəstəliyin dərmanlarla korreksiyası baxımından immunomodiləedici, vitamino - və hormonoterapiya ,simptomatik vəs kimi müalicə üsulları və farmakoloji vasitələr ilə yanaşı olaraq ,hazırda bütün hallarda əsas dərman maddələri kimi nukleozidlərin analoqları qrupundan olan virusəleyhinə preparatlardan istifadə olunur.

QİDS əleyhinə- zidovudin (azidotimidin,retrovir) ,stavudin,didanozin (videks ),zalsitabin (xivid) kimi preparatlardan istifadə olunur.Sakvinavir,nelfinavir,indinavir,ritonavir vəs 

Herpes əleyhinə-asiklovir,valasiklovir (valtreks) .Göz xəstəlikləri zamanı yerli- trifluridin və idoksuridin

 Qrip əleyhinə - amantadin,remantadin,arbidol,arbidol,oksolin.( Arbidol A və B qrup qrip virusu zamanı)

Dağınıq skleroz- beta interferon (betoferon)

Virus mənşəli göz xəstəlikləri -Poludan

Xlamidioz infeksiyaları-Neovir

 

 

 

 

 

Çox oxunanalar