Ofisinal dərman bitkiləri -Aptek şüyüdü və dərman preparatları

  Çətirçiçəkkimilər fəsiləsinə aid olan Adi Razyana(Fenxel- Foeniculum Vulgare) ikiillik ot bitkisidir.Aptek şüyüdü də adlanır.

Mətbəxdə istifadə edilən Ətirli şüyüd (Anethum Graveolens) ilə qarışdırılır bəzən.Lakin ofisinal dərman bitkisidir.Tərkibində efir yağları 4-6%dir.Onun da əsas komponenti anetol (60%-ə qədər) olub,bitsiklik keton fenxen (10-12%) ,a-pinen .kamfen və b-fellandrenlə müşayiət olunur.Toxumunun ləpəsində 18%-ə qədər piyli yağ olur.Razyananın meyvəsi iri olduğu üçün digərlərindən fərqlənir.Meyvələrin dadı cirəni xatırladır.

Meyvələri müxtəlif vaxtlarda yetişir.Meyvələrin toplanmasını mərkəzi çətirdə meyvələr yetişəndə başlayır və ardıcıl davam etdirirlər.

Efir yağından körpə uşaqlarda köpəleyhinə tətbiq edilən populyar vasitə -"Şüyüd suyu","Beybimiks","Pinku" vəs preparatlar hazırlanır.

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA