Ofisinal dərman bitkiləri -Adi dazı otu

 Tərkibində farmakoloji və ya bioloji fəal maddələr ,yəni müalicəvi təsir xüsusiyyətinə malik olan maddələr olan bitkilər dərman bitkiləri-Plantae medicinales adlanır.

 Dərman bitkiləri istifadə edilmə mövqeyinə görə 2 qrupa bölünür :Ofisinal dərman bitkiləri və qeyri-ofisinal dərman bitkiləri.

 Dövlət Farmakoloji Komitəsi və ya Ekspert Şurası tərəfindən elmi təbabətdə istifadəyə rəsmi surətdə icazə verilmiş bitkilər ofisinal bitkilərdir(Lat."officina"-aptek).

Yəni həmin bitkilərin xammallarının və ya onlardan alınan dərman preparatlarının tətbiqinə dair rəsmi sənəd tərtib olunmuş və həkimlərin onlara aild resept yazmağa rəsmi surətdə hüququ vardır.Ofisinal dərman bitkiləri Dövlət Farmakopeyasına ,Dövlət Standartlarına ,Dövlət Reyestrinə və digər rəsmi sənədlərə daxildir.

Azərbaycanın və digər ölkələrin xalq təbabətində istifadə edilən dərman bitkiləri qeyri-ofisinal hesab olunur.

 Adi dazı -Hypericum perforatum L.(St.Johns Wort)

1m-ə qədər hündürlüyü olan çoxillik ot bitkisidir.İyundan avqusta kimi çiçəkləyir.Azərbaycanın bir çox rayonlarında bitir.Dərman xammalını çiçəklənmə vaxtı toplayırlar.Bunun üçün bitkinin 30 sm-ə qədər uzunluqda olan baş hissələrini kəsib götürürlər.

Tətbiqi:

Adi dazıotunun 40%-li spirtdəki tinkturası büzücü və iltihab əleyhinə təsir göstərən vasitə kimi stomatologiyada qarqara üçün istifadə edilir.Bu tinktura daxilə qəbul edildikdə əhval-ruhiyyəni yaxşılaşdırır,qorxu və həyəcan hissini (xüsusilə menopauz dövründə) aradan qaldırır.

Dazı otunun dəmləmə və bişirməsi revmatizm ,qida borusunun xəstəlikləri (xora ,qastroenterokolit,ishal) ,qaraciyər,ödkisəsi xəstəlikləri,sistit,babasil,gingivit,stomatit və d xəstəliklər əleyhinə işlədilir.

Dazının yağı (otunun yağlı ekstraktı)yaraların ,xoraların,yanıqların vəs müalicəsində kompres kimi tətbiq edilir.

Hiperisin sakitləşdirici effekt verir ,bir sıra yığıntıların sakitləşdirici və yuxugətirici təsirini təmin edir.

Adi dazının otu bir çox çayların və yığıntıların tərkibinə daxildir."Arfazetin " və"Mirfazin" yığıntılarının tərkibində şəkərli diabet xəstəliyində istifadə olunur.

                                                                                                           Yusif Kərimov,Tahir Süleymanov,Cavanşir İsayev,Cəmil Xəlilov

                                                                                                            Farmakoqnoziya Bakı "Herba Flora "2010

 

Çox oxunanalar