Ofisinal dərman bitkiləri-Dərman bədrənci

Dərman bədrənci (Melissa officinalis L.-Lemon Balm)  50-120 sm hündürlüyündə ot bitkisidir.Avropanın cənubunda,Mərkəzi Asiyada ,Aralıq dənizi ətrafı ölkələrdə,Qafqazda və həmçinin Azərbaycanda bitir.Bir çox ölkələrdə becərilir.

Bitkinin otunun tərkibində 0.2 % efir yağı vardır ki,onun da 60%-ni sitral təşkil edir.Efir yağının tərkibində həmçinin sitronellal ,geraniol ,linalool vəs vardır.Eyni zamanda bitkinin tərkibində aşı maddələri,flavanoidlər,fenol turşuları,kumarinlər,vitaminlər B,C ursol turşusu müəyyən edilmişdir.

Otu bitkinin qönçələnmə və çiçəkaçma fazasında toplayırlar.Bitkinin çiçək açan budaqları 35sm-ə qədər uzunluqda kəsilib götürülür.Kölgəli yerdə qurudulur.

Bədrəncin otu sakitləşdirici vasitə kimi dəmləmə  şəklində oyanıqlıq halında,yuxusuzluqda və əsəb gərinliyində təyin edilir.Birçox ölkələrin farmakopeyalarına aiddir.Qərbi Avropa ölkələrində bədrəncin əsasında 300-dən artıq preparat istehsal olunur.Bitkinin ekstraktı ,efir yağı  və tinkturası müxtəlif preparatların -"Persen","Persen forte","Novopassit","Doppelherz Melissa"nın tərkibində,sedativ,spazmolitik,sedativ ,hipotenziv və həzm prosesini yaxşılaşdırıcı vasitə kimi istifadə olunur

 

 

Çox oxunanalar