BİTKİLƏRİN AÇARI -Şirin Biyan

    Biyan hələ qədimdən təbii mənşəli qiymətli xammal kimi dərman ,qida ,parfumeriya -kosmetik ,texniki və başqa məhsulların alınmasında diqqəti cəlb edir.

Biyan ölkəmizin milli dərman bitki sərvətidir.Biyan -Glycyrrhiza ("glisiriza " yunanca -"şirin" ,çin dilində isə -"qan tsao" -şirin ot ) deməkdir.Ayurveda biyan kökünü bir çox reseptlərdə "bitkilərin açarı "kimi qəbul edir.Biyan bitkisinin köklərində və kökümsovlarında ona şirin dad verən qlisirrizin toplanır.Qlisirrizinin miqdarı 8-24 % olur.Biyan köklərində 3-4 %-ə qədər flavanoidlər də aşkar edilmişdir.

  Xalq təbabətində biyanın dərman vasitələri müxtəlif şəkildə bronxitdə,kəskin və xroniki pnevmoniyada ,revmatizm və podaqrada ,nefritdə ,çətinləşmiş sidik ifrazı zamanı,sidik-cinsiyyət orqanlarının xəstəliklərində,stenokardiyada,süzənəkdə ,göy öskürəkdə qəbul edilir.Boğazın spazmalarında ,quruluqda ,ürək bulanmada,mədə qıcqırmasında, laringitdə,çətinləşmiş tənəffüsdə də biyan köklərindən istifadə olunur.

Bundan başqa psoriaz,qırmızı qurd eşənəyi xəstəliklərin müalicəsi üçün istifadə olunan məlhəmlərin tərkibindədir.Biyan Qafqazda şəkərli diabetin ilk mərhələsində işlənir.

Müasir kosmetologiyada qlissirizin turşusunun əsasında immunostimulyasiyaedici vasitələr :krem,xaricə işlənən köpüklü dərman vasitələri,o cümlədən :transdermal sistemlər,salfetlər,hopdurucular,şampunlar,losyonlar istifadə olunur.

Birçox ölkələrdə biyandan alınan yeyinti məhsulları:şərbətlər,qənnadı şirniyyat vasitələri: konfet,marmelad ,pastila :alkoqolsuz içkilər,müxtəlif şirələr,alkoqollu zəif içkilər istehsal olunur.

Biyan xammalından "Qlisiram", "Likviriton" ,"Flakarbin" preparatları,qatı və quru ekstraktları bir sıra qalen preparatları ,həmçinin mürəkkəb tozlar istehsaı olunur və kökləri bir sıra yığıntıların tərkibinə daxildir.

"Qlisiram" tərkibi qlisirrizin turşusunun monoammin duzundan ibarətdir.Bronxial astmada, allergik dermatitdə və ekzemada istifadə olunur.

"Likviriton " flavanoidlər məcmusundan ibarət tabletdir.İltihabəleyhinə ,spazmolitik və antasid təsirli vasitə kimi hiperasis qastritdə,mədə ,onikibarmaq bağırsaq xoralarında istifadə olunur.

"Flakarbin" mədə- bağırsaq xoralarında istifadə olunur.Qranul formasındadır.

Biyandan alınan müalicəvi şərbətlər-BİYAN ŞƏRBƏTİ (СИРОП СОЛОДКИ)

Müalicəvi şərbətlərin tərkibinə farmakoloji aktiv komponentlər daxildir.Onlar profilaktika,müalicəvi və orqanizmin normal həyat fəaliyyətinin dəstəklənməsi üçün istifadə olunurlar.

Biyanın əsasında alınan şərbətlər uzun müddət öz təsirini saxlayır,uşaq ,böyük və yaşlı nəsil üçün xeyirlidir.Biyan şərbəti immunostimulyasiyaedici ,iltihab əleyhinə və adaptogen effekt daşıyır.Onkoloji xəstəliklərin qarşısını alır,sidik ifrazını artırır.Spazmolitik ,yara sağaldıcı,öd qovucu,işlədici və bəlğəmgətirici təsirə malikdir. 

İstifadə sahələri

  • soyuqdəymələr
  • bronxitlər,pnevmoniyalar,quru öskürək
  • yüksək hərarət
  • revmatizm,poliartrit
  • qəbizlik
  • ateroskleroz
  • timomeqaliya,timiko-limfoid vəziyyət
  • uşaqlarda dəmir defisitli anemiya 

İstifadə qaydası:

Böyüklər 2 x.q gündə 3-4 dəfə yeməkdən əvvəl.Uşaqlar 12 yaşdan yuxarı 1-2 ç.q gündə 3 dəfə yeməkdən əvvəl 

 12 yaşdan aşağı olan uşaqlarda dozalanma:

  • 1-3 yaş 1 ç.q 30 ml qaynanmış suda həll edilir(və ya süd) , gündə 2dəfə yemək zamanı verilir
  • 3-6 yaş 2 ç.q 50 ml qaynanmış suda həll edilir ( və ya süddə) , gündə 2 dəfə yemək zamanı verilir
  • 6- 12 yaş 2 ds.q 50 ml qaynanmış suda həlledilir (və ya süddə),gündə 3 dəfə yeməkdən əvvəl verilir

 

Məhbubə VƏLİYEVA  Biyan və onun təbabətdə tətbiqi

 

 

 

 

Çox oxunanalar