Dodaq boyaları.Makiyajı sıfırdan öyrənək (6)

  Dodaq boyasının tarixinə baxsaq minillər əvvəl qadınların dodaqlarını boyadıqlarına dair tarixi məlumatlar mövcuddur.

    Qadınlar yarımqiymətli daşları əzərək ,onları müxtəlif bitkilərlə qarışdıraraq dodaq boyaları əldə etmişlər. Orta əsrlərdə kilsələrdə dodaq boyasından istifadə qadağan olunsa da ,elə bir dövr olub ki,yalnızca əsilzadələrin xanımları dodaq boyasından istifadə edib.Müasir dodaq boyası istehsalı 19-cu əsrlərdə Parisdə başlamışdır.İlk zamanlar dodaq boyası qırmızı rəngdə istehsal edildiyi üçün "Rouge" (fransızca qırmızı) adlandırılmışdır.

Dodaq boyalarının hazırda bir çox çeşidi mövcuddur.Stik-boya,palet,maye,mus-maye dodaq boyaları vəs.

 Dodaq boyasından istifadə etməzdən əvvəl dodaqlar nəmləndirilməlidir.Lakin bunu makyajdan bilavasitə əvvəl etsəniz dodaq boyası uzun müddət qalmır.

Dodaq boyasını çəkməzdən əvvəl dodaq qələmi ilə konturladıqda dodaqlar daha böyük görünür.Dodaqlarınız iridirsə qələmə ehtiyac yoxdur.

Eyni zamanda ,dodağa dodaq qələmi tətbiq edərək boya çəkdikdə dodaq boyası daha uzun müddət qalır.

Əgər daha tünd rəngli boyalardan istifadə edirsizsə fırça ilə tətbiq etmək daha asandır.Fırça ilə ehtiyatla dodaq içi boyanır.Əgər maye dodaq boyasından istifadə edirsizsə dodaq içinə bir dəfə tətbiq etmək yetərlidir.Maye boya bütün dodağa asanlıqla yayılır.

 

Çox oxunanalar