Qaş makiyajı

Qaş üz ifadəsini vurğulayır.Gündəlik makiyajda qaşı həddən artıq boyamaq sərt ifadə yaradır.

Gündəlik makiyajda qaşlar təbii görünməli ,diqqət çəkməyəcək qədər təbii boyanmalıdır.

Qaş makiyajı üçün qələm ,ten,krem və gellərdən istifadə olunur.Əvvəlcə qaş daranır ,formaya salınır.Qaş rəngindən daha açıq rəng (sadaladığımız məhsullardan hərhansı biri) ilə kölgələndirilir.Qaşda boşluqlar varsa qaşdan daha tünd rənglə boşluqlar doldurulur.Sonda təkrar qaş daranır ki təbii görüntü alınsın.

 Qaşın səhv metodlarla alınması,karandaşları sərt basaraq makiyaj qaşların tökülməsinə,"küsməsinə" səbəb olur.Zədələnmiş qaşları bərpa etmək üçün yeni metodlar var.Bunlara qaş tatuajı,qaş əkilməsi,permanent,microblading vəs aiddir

 

 

Çox oxunanalar