Akne yaradan amillər

  Akne, əsasən yeniyetmələrdə yaranır ,lakin yetkin yaşlarda da rast gəlinir.(10-17 yaşda qızlarda ,14-19 yaşlarında oğlanlarda)

Oğlanlarda daha çox təzahür edir. Genetik faktorlar, dərmanların əlavə təsiri,testesteron artması,telefondan çox istifadə etmək ,stress ,qadınlarda menstruasiya,hamiləlik vəs akne yaranmasına səbəb olur.Ciddi sağlamlıq problemi sayılmasa da psixoloji  narahatlıq yaradır.Tər vəziləri və tük soğanağında sekresiya artdıqda bu baş verir.

 Gündə iki dəfə ilıq su ilə,təmizləyici vasitə ilə üzü yumaqla akne yaranmasının qarşısını almaq olar.Üz yuyucu vasitə pH 5.5 olmalıdır.

Akne müalicəsini dermatoloqlar aparır.Lakin evdə akne yaranmasının qarşısını almaq üçün təbii müalicədən-aloe (əzvay) maskası,çayağacıotu yağı,sirkə,soda ,bal ,sarımsaqlı maskalardan istifadə etmək olar.

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA