Dırnaq qaynağı zərərlidirmi?Akril dırnaqlara qulluq

 Akril dırnaqlar birbaşa dırnaqlara zərər vermir.Lakin,bəzən infeksiya yaranmasına səbəb ola bilir.

 Akril dırnaq zədələndikdə və ya öz dırnağınız uzandıqca akril dırnaq ilə öz dırnağınız arasında boşluq yaranır.Bu boşluq dırnaq infeksiyasının inkişaf edəcəyi isti,nəm mühiti təmin edir.Bundan başqa ,akril dırnaqlara və ya yapışqanlara qarşı allergiya da yarana bilər.Əgər dırnaqda infeksiya yaranmışsa qızartı və şişkinlik müşahidə edilir.

Salonda dırnaq qaynağı etdirmək istəyənlər bəzi nüanslara diqqət yetirməlidir:

  •  Dövlət lisenziyası olan salonları,mütəxəssisləri seçin
  • İstifadə olunan alətlərin sterilliyindən əmin olun.(Mütəxəssis bir müştəridən digərinə keçərkən əlini mütləq yumalıdır.)
  • Öz şəxsi dırnaq cilalayıcınızı ("pilka") salona aparın ya da salondan yenisini tələb edin(Çünki sterilizasiya etmək olmur)
  • Dırnaqlara qulluq üçün 2-3 həftədə 1 dəfə gözəllik salonuna baş çəkin
  • Dırnaqlarınızın nəfəs alması üçün dırnaq qaynağını 2-3 aydan çıxarmaq lazımdır.
    Əgər dırnaq qaynağından sonra infeksiya şübhəsi varsa dermatoloqa müraciət edin.

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA