Dəriniz qurudursa nə etməli ?

 Quru dəri kobud,qaşıntılı bəzən də ağrılı olur.Adətən duş qəbulu və ya üzdükdən sonra dəridə quruluq yaranır.Bəzən quruluq elə həddə çatır ki,dəridə çatlar yaranır və qan sızır.Dəridə quruluq yaranmasının səbəbləri nələrdir?

  •  Yaş- Hər yaşda dəridə quruluq yarana bilər,lakin 50 yaşdan sonra daha çox rast gəlinir.Bunun səbəbi dəridə olan piy vəzilərinin funksiyasının zəifləməsidir.Yaşlılarda şəkərli diabet və böyrək xəstəlikləri də dəri quruluğuna səbəb ola bilər.
  • Atopik dermatit-Bu ən çox yayılmış ekzema növüdür.Əsas simptomu quru və qaşıntılı dəridir.Bundan başqa dirsəklərdə,dizlərin arxasında,üzdə ,əllərdə və ayaqlarda qızartılar müşahidə edilir.Dəri tez-tez nəmləndirilməli,allergenlərdən -yuyucu toz ,ətir,qum,siqaret tüstüsündən qorunmalıdır.
  • Peşə-İşdə təmasda olduğunuz kimyəvi və bioloji materiallar,ekstremal temperaturda işləmək buna səbəb ola bilər.İnşaat,boya,çap,səhiyyə,kosmetologiya,kənd təsərrüfatı,rəsm vəs sahələrdə çalışan insanlarda dəri problemləri daha çox görülür.Atopik dermatit əlamətləri varsa materiallarla birbaşa  təmas etmək olmaz.
  • Su-Uzun müddət duş qəbul etmək,çox isti duş qəbulu dərini qurudur.Və ya xlorlanmış hovuzlarda uzun müddət vaxt keçirmək.Hovuzun suyundaki kimyəvi maddələr dəriyə pis təsir edir.Duş qəbulunu çox isti suda etməsəniz daha sağlam dəriyə sahib olacaqsız
  • Siqaret-Siqaret çəkmək digər zərərləri ilə yanaşı qan dövranına qarışan kimyəvi maddələr ilə dərini qurudur və kobudlaşdırır.
  • Sabun-Bir çox popular olan sabun və ya şampunlar dərini yağını aşındıraraq təmizləyir.Bu dərini daha da qurudur.Həkim və ya əczaçı məsləhəti ilə sabunlarınızı seçin
  • Hava şəraiti-Qışda nəm azaldığı üçün dəri qurumaya meyilli olur.İsitmə sistemləri havadakı nəmi qurutduğuna görə qışda dəri daha çox nəmləndirilməli , allergenlərlə təmas olmamalıdır.
  • "Balıq dərisi" xəstəliyi(İchtyosis vulgaris) -Dəridə pul-pul tökülməyə səbəb olan dəri xəstəliyidir.Müalicəsi yoxdur,lakin simptomları idarə etmək mümkündür

 Bir müddət əlcəklə əlləri qoruyub,nəmləndiricidən istifadə etdikdə quruluq keçmirsə dermatoloqlar kortikosteroid kremlərlə nəmləndiriciləri kombinə edərək müalicə edirlər.Bu kremlər qaşınma və quruluğu dərhal götürür

Nə zaman həkimə getməli?- Həyat tərzinizdə bütün bunlara diqqət etməyinizə baxmayaraq quruluq keçmirsə, həyat fəaliyyətinizə maneə törədir,yuxunuzu pozursa,dəridə soyulma,açıq yaralar ,çatlar yaranırsa dermatoloq müayinəsi vacibdir.

 

Çox oxunanalar