Yetişkinlərdə akne problemi.Ən çox maraqlandıran suallar və cavablar 2

  • Makyajım aknelərə səbəb ola bilərmi,?

Bəli ola bilər.Makyaj məhsulları məsamələri tutaraq kirlənmə yaradır. Dermatoloqlar tərkibində yağ olmayan (free-oil) kremlər,günəşdən qoruyucular və digər məhsulları tövsiyə edir.

Krem əvəzinə toz kosmetik məhsullar belə dərilərə daha uyğundur.Əgər krem tonal seçmək istəyirsinizsə DERMATOLOQLAR YAĞSIZ DİMETİKON VƏ YA SİMETİKON TƏRKİBLİ MAYE MAT TONALLARI TÖVSİYYƏ EDİR.

  • Stresli iş akneyə səbəb olurmu?

 Stres ayrılıqda akne səbəb deyil. Stres sadəcə olaraq mövcud vəziyyəti pisləşdirə bilər.

  • Şokolad akneyə səbəb olurmu?

 Xeyr,buna dair heç bir elmi araşdırma yoxdur.Lakin ,həddindən artıq şokolad,şəkər, yağlı qidalanma səhhətdə digər problemləri -diabet,ürək xəstəliklərinə səbəb olur.

  • Dərin kistli aknelər nədir?

Bəzi növ aknelər vardırki,çox dərin yerləşir.Bunların müalicəsi asan deyil.Həkimlər müalicə üçün antibiotik və ya kortikosteroidli inyeksyalardan istifadə edə bilər.Retinoidli topikal kremlərdən də istifadə edilir müalicədə.Heç vaxt bu akneləri əl ilə sıxmaq olmaz.

  •      Akne-sivilcələrin hansı növləri var?

  Komedonlar -qara nöqtə və ağ sızanaqlar

  İltihablı civzələr-papul,pustul və ya nodul 

  • Akne yaş artdıqca azalırmı?

 Əksər hallarda xanımlarda menopozdan sonra akne problemi azalır .

  • Akne müalicəsində ən yaxşı vasitələr nələrdir?

BENZOİL PEROKSİD,SALİSİL TURŞUSU,ALFA-HİDROKSİL TURŞUSU ən məsləhətli vasitələrdir.Resptli və ya reseptsiz əldə etmək mümkündür.Eyni zamanda RETİNOİDLİ -A VİT TƏRKİBLİ KREMLƏRDƏN DƏ İSTİFADƏ ETMƏK OLAR.

Həkim dermatoloqlar bunlarla yanaşı antibiotiklər,androgen blokerləri,oral retinoidlər və az dozada kontraseptivlər təyin edə bilər.

  • Akne yaranmasının qarşısını almaq üçün nə etmək olar?

Üzünüzə çox toxunmayın.Toxunma yağlanmanı artırır,eyni zamanda dəriyə bakteriya salır.Dərinizə zərif toxunuş və doğru məhsullarla qulluq edin.

 

 

Çox oxunanalar