Gecə istirahət edərkən eyni zamanda gözəlləşməyi kim istəməz ki? Ekspertlər saçlarınızı,dərinizi yuxuda ikən daha da gözəlləşdirmək üçün bəzi tövsiyyələr verir
Gecə yatmazdan əvvəl :
- Ayaqlarınıza vanna edin,qurulayın.Skrabla və ya ponza daşı ilə masaj edin,təkrar yuyub qurudun.Bu prosedur başa çatdıqdan sonra Vicks məlhəmi ilə ("Doktor Mom" və ya "Linkas "məlhəm) zeytun yağını qarışdırıb ayağınıza masajla çəkin və pambıq corab geyinin.Ayaqlarınız körpə ayağı kimi zərif olacaq.
- Dodaqlarınızı təmiz bir diş fırçası ilə masaj edin.Sonra şirin badam yağı və ya bal çəkin
- Zeytunyağı və balı birlikdə qarışdırıb isidin (1/2 ç.q bal və 1 ç.q yağ).Saç uclarına çəkin,üzərini örtərək yatın.Quru və zədəli saç ucları səhərə qədər bərpa olunacaq
- Gənəgərçək yağı ilə lavanda yağını qarışdırıb saç diblərinə masaj edin.Qan dövranı artacaq və saçlar daha sürətlə uzanacaq.
- Dırnaq və dırnaq dibləri üçün kokos yağı və ya Şea yağı istifadə edin.(Shea yağı tropik bir ağacın fıstığa bənzər meyvələrindən alınır.Saç və dırnaqlar üçün çox faydalıdır.)
- Üzünüzü makyaj qalıqlarından təmizlədikdən sonra gecə kreminin altından əvvəlcə 1 -2 damcı avakado ,arqan yağı və ya vitamin E çəkin .
- Gözaltlarındakı şişlik və ya çöküklərə qarşı badam yağından (yaşıl çay,gül suyu ) istifadə edin.Adsız barmağınızla yüngül hərəkətlərlə gözaltlarınıza yağı çəkin
- Qadının yaşını əllər göstərir.Yumşaq ,qırışsız əllər üçün əvvəlcə zeytun yağı ilə şəkər tozunu qarışdırıb əllərinizi ölü dəridən azad edin.Sonra istifadə etdiyiniz bir krem varsa onu, yoxdursa zeytun yağı ilə E vitaminini qarışdırıb əlinizə çəkin ,üzərinə pambıq əlcək geyinib yatın.Səhər oyandıqda yumşaq,qırışsız əllərə sahib olacaqsız.
- İpək yastıq üzlərindən istifadə edin.İpək üzünüzdə qırışların və saçqıranın əmələ gəlməsinin (saçların sürtünməsini azaldır) qarşısını alır.
- Üzünüzdə sızanaq izləri varsa çayağacı yağından istifadə edin.Çayağacı yağını su ilə durulaşdıraraq pambıq çöp vasitəsi ilə sızanaqlara toxundurun.Çayağacı yağı antiseptik olduğuna görə qızartıları azaldacaq.
- Yatmazdan əvvəl bol antioksidantlı bir çay için( məs. yaşıl çay). Səhər daha təmiz və parlaq dəri ilə oyanacaqsız