Üzdəki ləkələri təmizləyən maskalar

   Yaş artdıqca üz dərisində qəhvəyi ləkələr yaranır.Bundan başqa civzələrin yerində ləkələr yarana bilir.Aşağıdakı reseptlər vasitəsi ilə ləkələrdən azad ola bilərsiz.

 Kartof və limon

  •  1kartof
  • 1/2 limon suyu

Əvvəlcə kartof blenderden keçirilir.Sonra limon suyu əlavə edilir.Homogen kütlə alınana qədər qədər qarışdırılır.

 Ləkələrin üstünə dairəvi hərəkətlərlə çəkilir.20 dəq saxlanır və yuyulur.

 Kartof və soğan

  • 1 kartof
  • 1/2 soğan

  Kartof və soğanı blendere yerleşdirilir və homogen kütlə alınana qədər qarışdırılır.15 dəq saxlanır və su ilə yuyunur.

  Kartof və xiyar

  •    1 kartof 
  •  1/2 xiyar

 Kartof və xiyar blenderde homogen kütlə alınana qədər qarışdırılır.Ləkələrə tətbiq olunur.25 dəq saxlanır və su ilə yuyulur.

  Kartof və kök

  • 1 kartof
  • 1/2 kök

 Kartof və kök blenderden keçirilir.Ləkələrə tətbiq  edilir və 20 dəq  saxlanır.Sonra isə su ilə yuyulur.

 

Çox oxunanalar