Tonal krem necə seçilməlidir?-Makiyajı sıfırdan öyrənək (3)

  Tonal kremlər makiyajda ən vacib faktorlardan biridir.Doğru tonal vasitə seçilməzsə tonal krem insanı daha yaşlı və dərisini daha problemli göstərə bilər.

Qadınlar arasında sorğu aparsaq tonal kremdən daha çox ləkələri gizlətmək ,üz rənglərini açmaq və ya tündləşdirmək üçün istifadə edilir..Tonal kremlərin əsas funksiyası rəngləri eyniləşdirərək makiyaj üçün fon yaratmaqdır.Ləkələri örtmək üçün tonal kremdən qalın qatla istifadə etmək olmaz.Tonal kremdən istifadə etməkdə məqsədiniz daha sağlam və təbii görünüş olmalıdır.Qalın təbəqə ilə tonal krem tətbiq edildikdə dəri nəfəs ala bilmir,tərləyir, bir müddət sonra dərinin görünüşü daha pis olur.

Bəzi qadınlar makiyajın üzdə qalmadığından şikayət edir.Deməli ,həddən artıq çox miqdarda makyaj vasitələrindən istifadə etmək buna səbəb olur.Makiyaj vasitələrini dəriyə hopduraraq, az miqdarda istifadə etmək lazımdır.

Tonal kremlərdə rəng necə seçilir?

 Bronz görünmək üçün dəri tonundan 4-5 ton tünd tonal krem seçmək ən böyük səhvlərdən biridir.Çünki ,boyunun, əllərin rəngindən rəng fərqi hissolunur.Bundan başqa tonal kremdən istifadədən 2-3 saat sonra tonal krem axdıqca üzdə rəng fərqləri dalğalar ,kirli görüntü yaradır.Bəzən deyirlər ki,çənəyə,əllərə ,biləyin rənginə uyğun rəng seçilir.Bəzi insanlarda üz daha çəhrayı olur siz üz rənginizə uyğun krem  seçsəniz bədəninizdən tam fərqli bir üz rənginiz olacaq.

Boyun günəş şüaları dəymədiyi üçün bədəndən daha açıq tonda olur.Deməli,boyuna uyğun rəng seçmək doğru deyil.Rəng seçmək üçün ən ideal olan sinədir.

 Yay aylarında qadınlar bronzlaşacağını düşünüb 2-3 ton daha bronz rənglərdə seçim edirlər.Amma bu da risklidir.Çünki heçkim nə qədər bronzlaşacağını bilmir.Ən tünd bronz kremi alaraq öz tonal kreminizə bu kremdən az -az qarışdıraraq dərinizə uyğun rəngi tapa bilərsiniz.

Tonal kremi necə tətbiq etməli?

Tonal kremi fırçanın köməyi ilə ,dəriyə yaxşı yayıb ,hopduraraq tətbiq etmək lazımdır.2-3 damcı tonal krem bunun üçün yetərlidir.Süngər tampon da tətbiq etmək olar.Lakin süngər aldadıcıdır.Daha çox tonal kremdən istifadə etməyinizə səbəb ola bilər.Əl ilə barmaq ucları də ilə tonal kremi çəkmək olar.

  Not:Modellər,makeup artistləri,işıqlar ,fotoşoplar vasitəsilə əldə edilən o görünüşlərə aldanmayın.Dərinizin ən yaxşı və təbii halını yada salın.Məqsədiniz həmin təbii görünüşü əldə etmək olsun.

 

 

 

Çox oxunanalar