Korrektor/konsiler nədir? Makiyajı sıfırdan öyrənək! (4)

 Əvvəlki məqaləmizdə tonal kremdən fon yaratmaq üçün istifadə edildiyini qeyd etmişdik.Bəs üzdəki civzə izləri ,ləkələr necə örtüləcək?!Korrektor/konsiler ləkə örtücü vasitə ilə..

Tonal vasitə tətbiq edildikdən sonra ləkələrə lokal örtücü tətbiq edilməlidir.Süngər,fırça və ya barmaqla tətbiq etmək olar.Ləkə örtücünü açıq tonlarda seçdikdə örtmək istədiyiniz ləkə daha aydın görünəcək.Ən yaxşısı dərinizdən 1-2 ton tünd rəngdə (mümkünsə sarı yox çəhrayı tonlarda) örtücü seçməkdir.

 Konsiler çox az miqdarda istifadə edilməlidir.Yoxsa ləkəni gizlətmək əvəzinə daha çox görünməsinə səbəb olar.Əgər dərinizdə qırmızı civzə və ya ləkə varsa örtücü ilə örtülmürsə korrektor paletindəki sarı və yaşıl rənglərdən istifadə etmək olar.Bəzi rənglər üstüstə gəldikdə altdakı rəng görünmür.Qırmızı civzə üzərinə rəngin qırmızılıq dərəcəsinə uyğun olaraq sarı və ya yaşıl korrektor tətbiq edin.Sonra tonal kreminizlə üzdəki rəngləri eyniləşdirin.Artıq civzə izləri görünməyəcək.

 

Çox oxunanalar