Pudranın makyajda rolu.Makiyajı sıfırdan öyrənək(5)

 Pudra dəridəki parlaqlığı götürmək ,üzü matlaşdırmaq üçün istifadə edilir.Eyni zamanda, pudra istifadə edildikdə makyaj daha uzun müddət qalır.

Dəridə yağlanma həm makyajın axmasına səbəb olur ,həm də üzü işqlandıraraq üzdəki nisbəti pozur.Makiyajın sonunda üzdə parlaqlıq yaranan zonada pudra istifadə edilməlidir. 

Parlaqlıq olmayan yerlərdə pudra istifadə edildikdə dəri çox matlaşır,bu da dərini yaşlı göstərir.Üz tozlu görünür.

 ! Pudradan göz altına istifadə olunan korrektor-örtücünün ömrünü uzatmaq üçün də istifadə etmək olar.Açıq rəngdə narın pudra seçərək tamponla korrektor(konsiler) üzərinə tətbiq edin.Çox təzyiq etmədən  tətbiq etmək lazımdır. 

Pudradan istifadə edərkən bəzi xanımlar sərt şəkildə fırçanı pudraya sürtərək üzlərinə tətbiq edir.Bu zaman həm pudra,həm fırça ,həm də üzünüz zədələnir.Hal-hazırda texnologiya ilə daha xırda hissəcikli pudralar hazırlanır.Pudra istehsalında hissəciklər filtrdən keçirələrək toz dumanı yaradılır ,ən yüngül hissəciklər toplanır.Sərt şəkildə fırçanı pudraya vurduqda pudraların strukturu pozulur və daşlaşır.Odur ki çox yumşaq toxunuş ilə fırçaya az miqdarda pudra götürərək üzə tətbiq etmək lazımdır.

 

Çox oxunanalar