Göz qələmindən necə istifadə etməliyik?Makiyajı sıfırdan öyrənək(7)

 Göz qələmindən gözləri daha ön plana çıxarmaq üçün istifadə edilir.

 Göz qələmlərinin müxtəlif rəngləri və çeşidi var.Bəzi göz qələmləri sırf göz içinə çəkmək üçündür,gözaltında xaricdən tətbiq edilsə yaxşı nəticə vermir.Bəzi qələmlər eyeliner qələmlərdir və göz kənarında forma vermək üçün istifadə olunur.Qələmlərin bəzi növləri daha yaxşı rəng vermək üçün istifadə edilir ,göz teni ilə istifadə edilməsə yayılır.Bəziləri isə tez quruyandır ,yaymaq istəsək də yayılmır.Bu vasitəri almazdan əvvəl yoxlamaq lazımdır.

Göz içində qara qələm çəkmək baxışları daha kəskin və cazibədar,ağ qələm çəkmək isə daha məsum göstərir.Gözü daha böyük göstərmək üçün isə gözə xaricdən eyeliner və göz qələmi çəkmək lazımdır.

Mavi və yaşıl gözlü xanımlar göz rəngini önə çıxarmaq üçün göz içinə eynirəngli qələm çəkirlər.Bu ən çox istifadə edilən metodlardan biridir.Lakin bu metod göz rəngini daha da boğur,əks təsir yaradır.

 

Çox oxunanalar