Mascara-tuşun makyajda rolu

Mascara-tuş gözü həcmli göstərmək üçün ən əsas vasitədir.Odur ki ,xanımların ən çox aldığı makiyaj vasitəsidir..

 Müxtəlif firmalar daim yeni mascaralar istehsal edir.Həcm vermək  üçün,kirpikləri daha da uzatmaq üçün,daha da qıvrım kirpiklər üçün yüzlərlə seçim var.Daha uzun ,daha sıx ,və yaxud daha qıvrım kirpiklər istəyirsiniz?Seçiminizi buna görə edin

 Necə istifadə etməli?

  Kirpiklərə tuşu təzyiqlə basaraq tətbiq etmək olmaz.Kirpik dibinə təzyiqlə fırçanı basdıqda kirpiyin təbii forması ,təbii görünüş pozulur.Kirpiklər bir-birinə yapışır.

Tuşun fırçası ilə çox yumşaq toxunaraq aşağıdan yuxarıya kirpiklər daranmalıdır.Daha sərt və incə ucluqlu fırçası olan tuşlar daha yaxşı effekt verir.

Əgər kirpikləriniz düzdürsə tuşla kirpikləri burmaq mümkün deyil.Kirpik qayçısından istifadə edərək kirpiklərinizi qatlayın və sonra tuşu tətbiq edin.

 

Çox oxunanalar