Dişləri zədələyən 19 vərdiş

1.Buz qəbul etmək.Həddindən artıq soyuq və ya isti qidaların qəbulu diş minasını zədələməklə yanaşı diş ağrılarını yarada bilər.

3.Gecə vaxtı içilən süd,meyvə şirəsi və ya körpələrdə hazır süddən hazırlanmış yeməklər gecə ərzində dişləri şəkərə məruz qoyaraq zədələyir.

4.Dil üzərinə vurulan pirsinqlər bakteriya və infeksiya qapısıdır.

5.Diş qıcama -bruksizm.Stres ,yuxu rejimində pozulmalar diş qıcamasına səbəb olur.

6.Öskürək siropları-Birçox dərmanlar siroplar,pastillərdə dadverici kimi mütləq şəkildə şəkər istifadə olunur.Bu dərmanlar diş emalı üzərində ləkə,karies yaranmasına səbəb olur.Bu dərmanlardan sonra dişlər fırçalanmalıdır.

7.Şəkərli saqqızlar-Dişlərə yapışaraq şəkərlə diş emalında təmas yaradır.Bu zaman çürümələr qaçınılmazdır.

8.Mineral qazlı içkilər-Tərkibində şəkər ,turşu əlavələri olduğu üçün diş minasını zədələyir.

9.Əşyaları diş ilə açmaq-Diş həkimlərinin ən çox qarşılaşdığı diş zədələnmə səbəbidir.Dişlər kəsici əşya deyil,dişlərinizdən yalnızca yemək üçün istifadə edin:)

10.İdman üçün "drinks"ler-Bu içkilərin də tərkibində dadverici şəkər və turşular mövcuddur.Ona görə də idman zamanı sadəcə su içmək daha faydalıdır.

11.Meyvə şirələri-Digər içkilərdən daha çox şəkər var bəzi meyvə şirələrində.Ona görə şəkər əlavə edilməmiş meyvə şirələri içmək lazım.Meyvə şirələri vitamin və antioksidantla zəngindir.

12.Kartof cipsləri-Dişdəki bakteriyalar diş üzərindəki karbohidratları turşuya çevirir və dişlərin zədələnməsinə səbəb olur.Cipsdən sonra mütləq diş ipindən istifadə edərək dişləri təmizləyin

13.Tum kimi qidalar qəbulu zamanı ağız suyu ifrazı normal qida qəbulundan daha az olur.Bu səbəbdən qida ağız boşluğunda daha çox qalır.Əgər belə bir vərdişiniz varsa onu yerkökü çubuqları ilə əvəz edə bilərsiz.

14.Karandaş və ya qələm çeynəmək.(Daha çox uşaqlarda) Bəzi insanlar diqqətini toplamaq üçün oxuduqda və ya işlədikdə özləri də bilmədən bunu edirlər.Əgər belə bir vərdişiniz varsa atmaq üçün şəkərsiz saqqızla başlaya bilərsiz

15.Kofe dişlərdə ən çox saralma yaradan səbəblərdən biridir.Lakin bu ləkələr ən asan ağaran ləkələrdir.

16.Siqaret nəinki dişləri ləkələyir ,eyni zamanda dil ,ağız xərçənginə səbəb olur.

17.Qırmızı şərab tərkibində xromogen və taninlər varki ,piqmentasiya yaradır.

18.Ağ şərab tərkibindəki turşu tərkibi ilə dişləri zədələyir.Qırmızı və ya ağ şərabdan sonra ağız yaxalanmalıdır.

19.Həddən artıq yemə və ya blumiya dişlərə zərər verir.Blumiya zamanı qusuntu tərkibindəki turşu dişləri aşındırır.

 

 

Çox oxunanalar