İnsanlar arasında belə bir düşüncə var - xoş niyyətli olsaq və bir -birimiz ilə necə danışmalı olduğumuzu bilsək heç vaxt aramızda problemlər yaşanmaz.Bu düşüncə real deyil və insanlar bir mühitdə yaşadıqca narazılıqların ,mübahisələrin yaranması qaçınılmazdır.
Mübahisələrin yaranmasının qarşısını almağın bir yolu var-hisslərinizi əsəbinizi,küskünlüyünüzü gizlətmək və ört bas etmək.Hissləri örtbas etmək doğrudurmu?
Amerikalı psixoloq George Bach və Peter Wyden evlilikdə mübahisənin nə dərəcədə önəmli olduğunu araşdırmışdır..Onlar evli cütlüklər arasında belə bir sorğu keçirirlər:
“Xoşbəxt ailə” haqqında bir sorğu apardıqlarını elan edirlər və belə 50 ailə toplanır.Hər ailədə qadın və kişilərə ayrı ayrılıqda sual verirlər. “Tutaq ki həyat yoldaşınız sizə hirslənib,sizcə o anda ürəyindən keçən hisslər nədir?
Bu xoşbəxt ailələrin fərdlərinin verdiyi cavabları müqayisə etdikdə nəticələr çox qəribə olur.Demək olar ki , heç biri həyat yoldaşının əsəbləşdiyi zaman nə düşünüb nə hissetdiyini bilmir.Tipik cavablardan biri beləydi: “Həyat yoldaşım mənə əsəbləşəndə heçnə demir,tezliklə problemi unudur”.Yoldaşı isə eyni zamanda eyni suala-”Hirsləndiyim zaman özümü məcbur edərək yoldasıma bildirməməyə çalışıram”-deyə cavab verir.Hirsini içində boğmalı olduğunu düşünür ,çünki əks halda yoldaşı ondan küsüb ,inciyə bilər
Nəticədə 3 cür evlilik aşkarlanır Xoşbəxt ailələr arasında:
v Kartondan düzəlmiş evlərə bənzəyən evliliklər
v Oyun oynayan evliliklər
v Həqiqətən də bir-birinə yaxın olan cütlüyün evliliyi
Əksəriyyətin evliliyi karton evlərə bənzəyir.Bunlar evliliyin daha çox ətrafdan görünüşü ilə maraqlanırlar.Belə evlililərin arasında gerçək insan-insana heç bir bağlılıq yox idi.Daha çox “Camaat ne deyər?” düşüncəsi ilə yaşayırlar.
İkinci qrup evliliklər daha az idi.Bunlar daha çox iqtisadi çətinlikdən və dəyişikliklərdən qorxduqları üçün bir-birilərini qoruyurdular.Həm tək yaşamaq daha bərbad idi onlar üçün.
Son qrupda cəmi 2 cütlük var idi.Bu cütlüklər hər mövzuda rahatlıqla mübahisə etdiklərini və bunun evlilikdə ən təbii hal olduğunu düşünürdülər.Hirslərini boğmadan, içində saxlamadan bir-birilərinə bildirmək onları digər ailələrdən fərqləndirən əsas amil idi.
“Sorğularımızı genişləndirdikcə bir-birlərinə hirsini,narazılığını bildirməyən ailə fərdlərinin hörmətcil yox saxta olduğunu müəyyən etdik. Və zamanla mübahisələrin hər zaman zərərli,evlilikləri yuyub aparan sel olmadığına qərar verdik” (George Bach və Peter Wyden)
Mübahisələr xoş niyyətlidirsə iki insan arasında münasibət əvvəlkindən daha güclü olacaq.Yox əgər pis niyyətlidirsə iki insanın münasibətini tamamilə qoparacaq.
Münasibətləri pisləşdirən insanların davranışları
1.Mübahisədən qaçan -Belə adamla mübahisə etmək boks əlcəyini belə taxmaq istəməyən bir boksçu ilə rinqə çıxmaq kimidir.Xitab edəsi bir insan tapa bilmirsiz ,çünki qaçır
2.Problemi örtbas edən-Bu insanlar mübahisə ediləcək bir mövzu yoxmuş kimi davranırlar.Sanki hər şey normaldır.Və belə insanla probleminizi həlletməyə çalışdığınız zaman qarşınızdakı ört-basdır etdiyinə görə “Bu problemləri mənmi yaradıram o heçnəyin fərqinə varmır?”deyə özünüzü günahkar hissedərsiz.
3.Qarşısındakını günahlandıran
4.Mədəni insan kimi maskalanıb mövzunu dəyişdirən
5.Tənqidlə yanaşan
6.“Bardağı daşıran son damla” davranışı ilə davranan- Bütün incikliyini ürəyinə salır.Sonda bir xırda problemdə böyük reaksiya ilə hərşeyi ortaya tökür.
7.Qarşındakını narahat edən -Məs.qadın bilir ki,həyat yoldaşı kirli qablar görməyi sevmir.Qəsdən kirli qabları yumur və ortalıqda qoyur.
8.Mübahisəni ciddiyə almayan ,zarafata salan
9.“Yaraya toxunan” -Bütün insanların psixoloji cəhətdən həssas olduğu “yaralı”yerləri var.Bu həssas mövzulara toxunaraq hirslərini tökən insanların münasibətləri heçvaxt sağlam və normal ola bilməz
10.Dəyişilməmək üçün özünü məcbur edənlər-İnsanlar və düşüncələr dəyişilir.Bəzi insanlar isə özlərii məcbur edir ,sözündən dönmür .
Molla Nəsrəddindən soruşurlar -”Neçə yaşın var Molla?
Molla deyir- “38”
Ətrafdakılardan biri deyir-”O necə olur ,molla ,10 il əvvəl də 38 yaş demişdin?"
Molla cavab verir- “Mən kişiyəm dediyim sözdən dönmərəm”
11.Qarşısındakını məhrum edənlər- Yeməkdən,yaxınlıqdan,xoş üzdən və ya puldan məhrum edir.
12.Kömək etməyənlər-yardımınıza ehtiyacı olduğu halda yardım etmir”Bir gün əlimə düşərsən” düşüncəsi ilə davranır.
Belə davranışlarla heç bir mübahisə həlini tapmaz.Bunlar sadəcə bir-birinə etibar etməyən,şübhələnən iki insan yaradar!
Problemləri yoxmuş kimi davranmaq da həll yolu deyil.İncikliyi və narazılığınızı qarşınızdakı insanı günahlandırmadan çatdırmalısız.Yoxsa heç bir səmimi münasibətdən söhbət gedə bilməz. ”Sən” dili ,ilə yox “Mən” dili ilə danışmalısız.”Sən dili” ilə danışdıqda birbaşa qarşınızdakı özünü müdafiəyə keçir.”Sən səhvsən ,kobudsan ,pissən” vəs demək əvəzinə -”Sənin bu davranışın mənə pis təsir edir” deyə bilərsiniz.Belə mübahisə yolu ilə uzlaşmağı bacarmaq üçün əvvəlcə insan öz-özünü tərbiyə etməlidir.
İnsan insana-Doğan Cüceloğlu