Qrim qardaşlarının yazdığı bir alman xalq nağılı var , Axmaq Hans.
Nağılda Axmaq Hansın ustası Hansa 7 illik əməyinin qarşılığında 7 kq külçə qızıl verir.Hans qızılları götürüb evə qayıdanda yolda yorulur.Yolda bir atlı görür və qızılları atla dəyişdirməyi təklif edir.Atlı tez təklifi qəbul edir.Hans da bu alışverişdən çox razı qalır."Mən çox ağıllıyam " deyə fikirləşir.Sonra Hans atı inəyə dəyişir,yenə çox sevinir.İnəyi qaza dəyişir, yenə xoşbəxt olur.Qazı itiləmə daşına dəyişir , özündən çox razı qalır.Və sonda o daşı da itirib, evə əliboş qayıdır.
Bu nağılda uşaqlara nə öyrədilir? "Qızılı ata dəyişmə,Hans kimi axmaq olma!"Görünən məna budur.
Bir də gizli mənası var bu nağılın-"Biz hamımız axmaq Hans kimiyik"
Axmaq Hans kimi biz nə etdik? 7-21 yaşımızı, illərimizi verdik və qarşılığında 1 diplom aldıq.
Diplomu aldıq ,"Mənə pul lazımdır,pul sərbəstlikdir dedik" İşə başladıq.İşə girdiyimiz gün çox xoşbəxtdik,dost -tanışımıza "şirinlik" payladıq.Amma saatlarımızı işə verdik ,sərbəstliyimiz getdi.
Sonra bəzimiz evlənmək qərarına gəldik.Evlənəndə çox xoşbəxt olduq.Çoxlu şəkillər çəkdirdik.Evliliyin gətirəcəyi problemləri heç düşünmədik."Başqalarına olub,mənə olmaz" -fərz etdik.
Övladlarımız dünyaya gəldi ,daha da xoşbəxt olduq.Böyüdülər daha da xoşbəxt olduq.Üzümüzə qapı çırpıb çıxdılar ,yenə də şükr etdik.Bu qəribə alışverişdə həmişə xoşbəxt idik.Hans kimi..
Bunları yaşadıqca ömrümüz azaldı.Axmaq Hans nağılı əslində bizim həyatımızın özətidir.Həyatımızı xərclədikcə bəzi şeyləri qazanırıq.Hans ziyana getdiyi alışverişlərdə də həmişə xoşbəxt idi.Həyatın özəti də budur!
O biri dünyaya nə qızıl,nə inək,nə qaz gedəcək.Ölümlüyük,əlimizdəkilər nə vaxtsa mütləq tükənəcək.Əsas olan-Həyatla olan bu qəribə alışverişdə xoşbəxt ola bilməkdir.Hans kimi...
Üstün Dökmen Yaşama Yerleşmek