Ətrafımızdakı görünməz sahələr.Gizli dil-bədən dili

  İnsanlar mağaralarda yaşadığı dövrlərdən özlərinə aid bir arealı olub və o arealı yeri gəlsə vuruşaraq digərlərindən qorumuşlar.

Müasir həyat tərzi ilə birgə bu sərhədlər yox oldu,insanlar şəxsi olanı qədim insanlar kimi sərhədlərlərlə ayıra bilmir.Artıq mağara insanı kimi hücum edib arealını qoruya bilmədiklərinə görə insanlar daim gərgin və aqressivdir.Bu böyük ,əhalisi sıx olan şəhərlərdə daha qabarıq görünür.Hər birimizin ətrafında gözə görünməyən həlqələr-sahələr var:

  • Şəxsi sahə(50 sm) -Yalnızca ana,atamız,bacımız,qardaşımız,həyat yoldaşımız-doğmalarımızın yaxınlaşdığı sahədir.Bu şəxsi bölgəyə yad biri yaxınlaşarsa insan özünü pis hissedir və stres artır.Metrolarda ,liftdə  ya da çoxluq olan supermarketlərdə insanların narahat və narazı ifadəli olmasının səbəbi budur.

     Çöldə söhbət etdiyiniz bir insanla liftə minirsiz.Bir anda həmin şəxs şəxsi bölgənizə daxil olduğu üçün narahat olursuz.Liftdə heckim gözgözə gəlmək      istəməz.Ona görə bir-birinizə yoxmuş kimi davranırsız.Mərtəbələri göstərən düymələrə operaya baxar kimi diqqətlə baxır və mərtəbələri sayırsız.Beş...dörd...üç...

Polislər bu gizli bədən dilindən istifadə edir.Sorğuya saldıqları şübhəlilərə yaxınlaşaraq suallarını verirlər.Şübhəli şəxsin stresi artır və özünü itirir.Və təzyiq altında günahkardırsa etiraf edir.

  • Fərdi sahə (50-120 sm) -Bu sahəyə uzun müddət çalışdığımız iş yoldaşlarımız,yaxın dostlarımız daxil olur.Məs.sifarişinizi gətirən bir kargo işçisi bu məsafəyə daxil olarsa narahat olursuz.Və yaxud seminar verən biri bu məsafəni qorumalıdır.
  • Sosial sahə (120-360sm)-Yad insanların daxil olduğu məsafədir.Təbii ki ,biz bu məsafələri xətkeşlə çəkə bilmərik.Ölkədən ölkəyə ,şəhərdən şəhərə bu məsafələr dəyişir.Məs.ucqar və daha tənha yerlərdə yaşayan insanların şəhərdə yaşayan insanlara nisbətən bu arealı böyükdür.Böyük şəhərlərdə isə bu məsafələrin 2-3 sm-ə,avtobus -metrolarda isə bəzən sıfra düşdüyünü də görürük ,elə deyilmi?!

 Ahmet Şerif İzgören Dikkat Vücudunuz Konuşuyor!

 

Çox oxunanalar