Rənglər həyatımıza necə təsir edir?

 Üstümüzə geyindiyimiz bir köynək o gün özümüzü daha yaxşı hissetməyimizə səbəb ola bilər və yaxud əksinə.Deməli, rənglərin özünəməxsus bir sehri və enerjisi var.Rəng seçimi həm də xarakterimizdən xəbər verir.

Rənglər həyatımıza necə təsir edir?

  • Qırmızı -Bu rəng canlı və dinamikdir.Xoşbəxtliyi ifadə edir.Eyni zamanda əzmkarlığı ,qərarlığı təmsil edir.İştah açır.Bir çox qida firmaları logosunda,şüarlarında qırmızıdan istifadə edir.Bir səhv inam var ki ,buğalar qırmızıya hücum edir.Buğalar qırmızı rəngi görmür.Sadəcə gördüyü boz parçaya hücum edir.
  • YaşılTəbiətin və baharın rəngidir.İnam yaradan rəngdir.Ona görə də bir çox banklar logolarında yaşıl rəngdən istifadə edir.Restoranların mətbəxlərində yaşıl rəngdən istifadə edilir.Xəstəxana və apteklərdə də yaşıl rəng insanları rahatlaşdırdığı üçün istifadə edilir.
  • Qara -Hissləri və kədəri təmsil edir.Eyni zamanda gücü təmsil edir.Bizdə və qərb ölkələrində qara matəmi ifadə edirsə,Yaponiyada qara xoşbəxtliyin rəmzidir.Qara fon rəngi kimi istifadə edilirsə pessimizmdən xəbər verir.Və yaxud bu rəngdən diqqəti toplamaq üçün istifadə etmək olar.Einstein diqqətini toplamaq üçün qara pərdəli qaranlıq otaqları seçirmiş.
  • Mavi -Əbədiliyi,uzaqgörənliyi təmsil edir.Əminamanlıq bəxş edir və sakitləşdirici təsiri var.Ərəblər mavi rəngin qanın sürətini azaltdığında inanır.Qərbdə intihar hadisələrini azaltmaq üçün körpülər mavi rəngə boyanır.Mavi divarları olan məktəblərdə uşaqların daha az dəcəllik etdiyi müəyyən olunmuşdur
  • Göy -Kosmik rəngdir.Disiplini,davamlılığı təmsil edir.Ona görə də dünyada böyük firmaların əksəriyyəti logolarında göy rəngdən istifadə edir.Göy rəngdə geyinən iş adamları daha xarizmatik və inandırıcı görünür.İnsanlarda güclü imic və bacarıqlı iş adamı təəssüratı yaradırlar.
  • Bənövşəyi- Hələ qədimdən ehtişam və lüksü təmsil edib.Tarixdə saraylarda yüksək təbəqələrin hər zaman bənövşəyi rənglə bəzəndiyi qeyd edilmişdir.Ancaq bənövşəyi nevrotik hissləri üzə çıxardığı üçün insanların şüuraltına mənfi təsir edir.
  • Çəhrayı-Uyğunluq,sevinc,şirinlik və sevginin rəngidir.Bəzi mağazalar personalına sırf çəhrayı formalar geydirir ki,gələn müştərilər özlərini daha rahat ,doğma hissetsin.Eyni zamanda uşaqların rəngidir.
  • Sarı- Zəka,zəriflik və praktikliyi təmsil edir.Eyni zamanda insanların diqqətini çəkir və müvəqqəti təəssürat yaradır.Bu xüsusiyyətinə görə taksilərdə istifadə olunur.Sarı həm də payızın və ayrılığın rəngidir.
  • Ağ rəng--Təmizliyi və saflığı təmsil edir.İnam ,davamlılığın rəngidir.Siyasətçilər ağ rəngi çox sevir.Çünki təmiz vicdanlı,dürüst təəssüratı yaratmaq istəyirlər.
  • Qəhvəyi - Reallığın,plan və sistemin rəngidir.Divarları qəhvəyi olan məkanda insanlar daha sürətlə hərəkət edir.Ona görə də "fastfood" məkanlarında qəhvəyi rəngdən istifadə olunur.Qəhvəyi geyimlərdə çox seçilmir.Çünki torpaq rəngidir.Çoxluq içərisində qəhvəyi geyimli biri heç vaxt diqqət çəkmir.

 

Çox oxunanalar