Avstriyalı mütəxəssis Konrad Lorenz 60-cı illərdə bir müşahidə aparır.Təbiətdə bir qaz heç vaxt tülküyə hücum etmir.
Lakin qaz sürüsü bir yerə toplandıqda bir tülküyə hücum edir, hətta onu yaralayır.Lorenz bunu "mobbing" adlandırmışdır.Sonralar Lorenz psixoloq kimi bu hadisəni insanlar arasında müşahidə etmişdir.
"Mobbing" latin dilində zorbalıq, bezdirmək ,incitmək,psixoloji təzyiq kimi tərcümə olunur.Və təəssüf ki, həyatımızın bir hissəsinə çevrilib.Gündəlik həyatda,iş yerlərində,məktəblərdə müşahidə edilir. Mobbingə məruz qalan "qurbanlar" əsasən yaxşı təhsil almış yüksəlmək potensialı olan insanlardır.Bu "qurbanlar" məruz qaldığı psixoloji təzyiqlər(bəzən fiziki) nəticəsində sonda işdəki uğurunu hətta sağlamlığını itirə bilir.Nədir bu təzyiqlər?
Səssiz telefon zəngləri,daim tənqid təhqir olunmaq,sözlərinin kəsilməsi,lağ edilmək,hədələnmək, münasibətin kəsilməsi-danışmamaq ,yoxmuş kimi davranılmaq,sataşmalar,fiziki şiddət,evə, maşına zərər verilməsi,həddindən artıq iş yüklənməsi ,öhdəliyində olmayan işlərin verilməsi vəs.Belə zorba insanlar gah "qurban"ına yaxşı davranır,gah da antipatik davranır.Gah yaxşı,gah pis münasibətlər insanı bataqlıq kimi dibə çəkir.Bunu qurbağaların bişirilmə texnologiyasına bənzətmək olar.Qurbağaları bişirdikdə onları birbaşa qaynar suya atmır,ilıq suya qoyur yavaş yavaş altını isidirlər.Qurbağalar bu dəyişikliyi hissetdikdə artıq gec olur,hərəkətsizləşir və ölürlər.
Bu cür təzyiqlər davam etdikcə hədəfdə olan insan psixoloji və fiziki narahatlıqlar keçirir.İş fəliyyəti aşağı düşür.Yüksək stressdən depressiya yaranır.Nəticədə bədəni psixosomatik reaksiyalar verir- egzema,psoriaz vəs kimi xəstəliklər yaranır (Barmaqlarında egzema başladığı zaman insanlara saf sabundan istifadə məsləhət görülür,amma bu insanların ehtiyacı olan saf insanlar olan sağlam mühitdir)
Təzyiqlərdən sonra bəzi insanlar erkən təqaüdə çıxır,bəzilər işini atır,bəziləri isə infarkt keçirir.Bəzən də, dəli deyə ittiham olunur.Burda bir sual ortaya çıxır :Bu insan dəlidir yoxsa zorla dəli edilməyə çalışılır?
Türkcə bir deyim var- "Sən insanı dəli edər dama çıxardar,sonra damda dəli var deyə milləti başına yığarsan"
Mobbing bir insana yönəlmiş etik olmayan davranışdır.Bəli, bu heyvanlarda da var.Çünki onlar genlərinin verdiyi əmrləri yerinə yetirirlər.Onlar etik davrana bilməz , çünki neokorteksləri yoxdur.Neokorteksi olan insanda dil,empatiya,mənəviyyat vəs xüsusiyyətlər mövcuddur.
Mobbingi həyata keçirən insanlar bugün qazanclı görünə bilər.Ancaq, əslində ən böyük zərəri özlərinə verirlər.Öz oturduqları budağı kəsdikləri kimi, dünyada yerləşməni çətinləşdirirlər.Özlərinin də yerləşib yaşaya bilmədikləri, kirli dünya yaradırlar
Bizim cəmiyyətimiz zorbalıq edəni yox, bunlara məruz qalanı günahlandırmağı sevir.Bir Molla Nəsrəddin lətifəsində :
Mollanın evinə oğru girir.Dostları Mollanı günahlandırır- "Molla niyə kilidin möhkəm deyildi?" ,"Niyə pəncərələrin möhkəm deyildi?""Gecə evində oturmasan axırı belə olar" vəs .Molla bunlara qulaq asır və deyir: -Başa düşürəm mənim səhvlərim var. Bəs, bu oğrunun heç günahı yoxdu?
Bu təzyiqlərdən özümüzü necə qoruya bilərik?
Maariflənmə ilə qorunmaq olar.Çünki bilik insanı dəyişdirir.Həmdə mobbingə-psixoloji terrora məruz qalan insan başına gələnin nə olduğunu və haqqlarını bilərsə , özünü müdafiə edə bilər.Əgər xəbərdarlıq edilməsinə baxmayaraq təzyiqlər davam edirsə,məs Amerikada məsələni hüquqi yolla həll edilməsi tövsiyə olunur.Orada bütün qanun kitablarına bu termin- "mobbing" daxil edilmişdir.
Universitetdə professorlardan biri dekanlığı ona qarşı psixoloji terrora -mobbingə görə məhkəməyə vermiş və haqlı tərəf kimi xeyli təzminat almışdır.Deməli yetərincə maarifləndiyimiz və haqlarımızı bildiyimiz zaman dünyaya,yaşama yerləşmək daha asandır.
Üstün Dökmen YAŞAMA YERLEŞMEK