Bu başlıq bir hekayəni xatırladır.C.Məmmədquluzadənin "Saqqallı uşaq" hekayəsini...
Bu hekayəni bilməyən yoxdur yəqin.Hekayənin sonunda ata uşaqlarına saqqallı uşağı təsvir edir:
-" Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi; ancaq bircə təfavütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur".
Bəzi insanlar böyüsələr də, hissləri,düşüncələri böyümür.Belə insanları psixoloqlar "Yetkin uşaqlar" adalandırır.Bu ifadə Amerika tibb ədəbiyyatına "Peter Pan Sindromu" adı ilə 1983 -cü ildə daxil olub.Belə insanların daxili aləmi boşdur və xoşbəxt deyil.
Öz xoşbəxtliyini hər hansı bir hadisədə, əşyada və ya hər hansı bir şəxsdə görür."Bir maşınım olsa xoşbəxt olacam.Müdirim məndən razı qalsa xoşbəxt olacam.Səyahət etsəm xoşbəxt olacam " Lakin bu arzularına çatdıqda xoşbəxtlikləri uzun çəkmir.Yenə məna yükləmək üçün yeni əşya ,hadisə axtarırlar.
Uşaqlıq illəri həyatın ən əsas illəridir.Əgər uşaq sağlam düşüncəli ailədə sevgi ilə böyüyürsə, gələcəkdə bütün problemlərin həll yolunu tapır və xoşbəxt ola bilir.Yox əgər uşaqlıqda sağlam mühitdə böyüməyibsə gələcəkdə ən yaxşı şərtlərdə də xoşbəxt ola bilmir.
Sağlam ailə mühitində ailə üzvləri öz öhdəliklərinə düşəni yerinə yetirir.Fərdlər sərbəst olduqları halda bir-birlərinə sevərək və istəyərək kömək edirlər.
Tipik bir "Yetkin uşaq "-Həyatda heçnədən zövq ala bilmir.Daim gərgin ,əsəbidir.Ya agressiv-döyüşkəndir , ya da çəkingən qorxaqdır.Haqlı olsa belə özünü müdafiə edə bilmir.Hər zaman güzəştə gedərək başqalarını məmnun etməyə çalışır.Özünün nə istədiyi isə önəmli deyil.Yetkin uşaqlar heç kimə güvənmir.Öz fikirlərini biruzə vermədiyi üçün qarşındakının səmimi sözlərinə də inanmır.
Ailə mühitində uşaq vaxtı yaşanılan hər şey -yaxşı və ya pis gələcəkdə mütləq şəkildə üzə çıxır.Psixoloq Doğan Cüceloğlu şahid olduğu bir hadisəni danışır:
"Ana bir gün 4 yaşında oğluna yemək verir,əynini dəyişir.Oğluna deyir:
-Mən sənə indi belə baxıram böyüdürəm amma sən böyüyüb evlənəcəksən və məni unudacaqsan.El qızını sevib ananı da bir küncə atarsan.Uşaq deyir-Yox ana elə demə ,mən səni heç unutmaram.Ana yenə davam edir:Unudarsan unudarsan el qızı sənə unutdurar.Bu söhbət uşaq ağlayana qədər davam edir.Sonda uşaq ağlayanda ana gülümsəyir,sanki bir qalibiyyət almış kimi sevinir.Ana öz ehtiyacları uğruna uşağından istifadə edir və əslində bilmir ki, övladının gələcəyinə necə ağır zərbə vurur.O uşaq böyüdü ,evləndi və evliliyində hər zaman stres və əzab çəkdi.Çünki nə zaman xoşbəxt olmaq istəsə özünü xəyanətkar hissetdi.
Bu təbii ki, yalnızca oğlanlara deyil qızlara da təbliğ edilir.Gələcəkdə belə mühitdə böyüyən insanlar sevib ailə qurduqda ( bir-birini sevən iki insan ) özlərini ana-atasına xəyanət edirmiş kimi hissedir.Xoşbəxt ola bilmir.Ömrü boyu bu hiss ilə yaşayan bir -birinə yad qalmış bir çox qadın və kişi var.
Ailə mühiti sağlam deyilsə uşağa məsuliyyət verilmir.Çünki, məsuliyyət götürən insan zamanla müstəqil fərd kimi formalaşır.Belə ailələrin müstəqil insanlara dözümü yoxdur.Belə ailələrdə yetişən yetkin uşaqlara hansı sənəti seçəcəyi,kiminlə evlənəcəyi,nəyə və nə qədər inanacağı daim təbliğ olunur.Yetkin uşaqlar isə bu qəliblərdən kənara çıxmaqdan qorxur.
"Saqqallı uşaqlar" yetişdirən ailələrdə ailə içində nüfuzu əlində tutan insan yada insanlar uşaqların müstəqil fərd olmasına qarşıdır.Hərkəsin itaət etməsini və baş əyməsini gözləyir.Davranışı istədikləri kimi deyilsə uşaqlar cəzalandırılır.Uşaqlar qəbul olunmaq,təsdiq olunmaq istəyir.Əğər ailə ona buna şəraiti yaratmırsa ailənin istədiyi kimi asılı bir şəxsiyyət ortaya çıxır.Sosial yetkinliyə çata bilmir.
Bəs yetkin insan kimdir?
Yetkin insan təcrübələri ilə formalaşır.Özünü digərlərindən ayıran xüsusiyyətləri bilir və öz sərhədlərini qoruyur.Bu insanlar ailəsi ,valideynləri,qohumları ,dostları ilə hər zaman yaxşı münasibətdədir lakin,onu heçkimin yönləndirməsinə icazə vermir.Yetkin insan öz həyatına özü istiqamət verir.
İstinad edilən mənbə :https://en.wikipedia.org/wiki/Puer_aeternus#Peter_Pan_syndrome
Doğan Cüceloğlu Yetişkin Çocuklar