Varikozsuz gözəl ayaqlara sahib olun!

  Qanın venalarla hərəkəti tam qan dövranı üçün vacib şərtlərdən biridir.Venaların divarı arteriyalara nisbətən çox nazik və az elastikdir.

Onlar hətta cüzi əzildikdə belə öz gərginliklərini itirirlər.Kiçik bir təzyiq olduqda belə,onların divarı xeyli genişlənir və venoz sistemdə xeyli qan toplanır.

Nəfəs alma zamanı yaranmış mənfi təzyiq vasitəsilə qan venalarla ayaqdan ürəyə doğru hərəkət edir.Kapilyarlardan venoz qan venalara ötürülür.Venalarda əzələ təqəllüsü və aypara qapaqlar kimi faktorlarda qanın bir istiqamətli hərəkətini təmin edir.

 Kapilyarlarda qan dövranı pozulduqda "spider ven"-hörümçək şəkilli kapilyarlar əmələ gəlir.Belə kapilyarlar  tünd rəngdə olur,düz (daha çox diz içində),hörümçəyəbənzər və ya ağac kimi şaxələnir.

 Varikoz venalar isə kapilyarlardan fərqli olaraq daha tünd rəngdə olur və daha çox genişlənir.Bəzən dəridən qabarıq olur və ağrı verir.

 Varikozların skleroteropiya ,lazerlə və cərrahi yolla müalicəsi mövcuddur.Skleroterpiya zamanı iynə ilə damar içərisinə məhlul yeridilir.Estetik görüntü əldə edilir.Lakin prosedur 3-6 həftədən  təkrarlanmalıdır.

 Lazerlə müalicə zamanı damar içinə istilik verilərək damar yandırılır. Ağrısı az olur,lazer tətbiq olunan yerlərdə iz qalmır.

Cərrahi müdaxilə zamanı isə zədələnmiş vena xaric edilir.Bu zaman lokal ,spinal və ya ümumi narkozdan istifadə edilir.Bir neçə gün içində xəstə evinə buraxılır.Cərrahi yol adətən iri venaların zədələnməsi zamanı təyin edilir.

 

Çox oxunanalar