Kişilərdə saç tökülməsinin səbəbləri

Saç tökülməsinin səbəb olan bəzi amillər var:

  • Genetik faktor
  • Stress
  • Pəhriz( zülal qəbulu azaldıqda)
  • Bəzi xəstəlik və dərmanlar (məs A vitamini çox qəbul edildikdə)

  Kişilərin 80%-də 50 yaşa qədər saç tökülməsi baş verir.Həkimlər bunu alopesiya adlandırır. Kişilərdə saç tökülməsi M şəklində başlayır."Norwood" ölçüsündən istifadə edərək I-VII dərəcə ilə kəllik ölçülür.

DHT -dihidrotestesteron saç köklərini zəiflədir.O dərəcədə zəifləyir ki,saç inkişaf edə bilmir.Sağlamlıq problemi olmadıqda isə səbəb genetikdir. Genetik olduğu zaman saç tökülməsinin daimi müalicəsi yoxdur.Bəzi dərmanlar məs."Minoksidil","Finasterid"tökülməni azaldır .Minoksidil istifadə edildiyi müddətdə effektivdir.

Finasteridi gündə 1mg qəbul etdikdə saç tökülməsinə səbəb olan DHT sintez edilmir,tökülmə dayanır.(Hamilə qadınlar minoksidil,finosteriddən istifadə etməməlidir.Uşaqda anomaliyaya səbəb ola bilər)

 Saç tökülməsini özünə kompeks edənlər üçün müxtəlif alternativlər mövcuddur.Məs.saç əkilməsi.

 

 

Çox oxunanalar