Evdə təmizlik zamanı (1)

  Evdə təmizlik zamanı bəzi məkan və əşyalar üçün tövsiyyələr

1.Smartfonlar-Mobil telefonlarımız -Hər gün 

 Telefonlardakı barmaq izləri mikroblar üçün şərait yaradır.Dezinfeksiya üçün ən ideal spirtdir.Lakin,spirt telefon səthini zədələyə bilər.Əldə etdiyiniz mağazadan telefona uyğun təmizlik vasitəsi haqqında soruşun.Hərgün telefon və telefon qabı təmizlənməlidir.

 2.Mətbəx mebelinin səthi - Hər gün

Əvvəlki gün bişirilmiş yeməkdən qalan gözəgörünməz qalıqlar növbəti günə mikrob mənbəyinə çevrilir.Mətbəx mebelinin səthi hərgün təmizlənməlidir.

3.Qabyuyan maşın -Ayda bir dəfə

Qabyuyan maşında toplanmış qida qalıqlarını təmizləmək üçün ayda bir dəfə 1 fincan soda və 1 fincan sirkə maşına yerləşdirilir.Və uyğun proqram qoşulur.

 4.Soyuducu -Ayda 2 dəfə

Soyuducuda qalmış qalıqlar üzərində kif sporları əmələ gəlir.Soyuducu boşaldılır .1 xörək qaşığı soda suda həlledilir.Alınmış məhlulla soyuducu silinir.Rəflər su ilə durulanıb ,qurudulur.

5.Mətbəx döşəməsi,döşəmələr-Həftədə 1 dəfə (Əgər azyaşlı uşaqlarınız varsa hər yeməkdən sonra:)

 Əgər azyaşlı uşaqlar varsa hərgün döşəməni təmizləmək lazım gələcək.Əks təqdirdə döşəmələr həftədə 1 dəfə təmizlənməlidir.

6.Xalça,kilimlər-Həftədə 1 dəfə

Xalçalar,kilimlər həftədə bir dəfə təmizlənməlidir.Yuyula bilən kiçik ayaqaltılar maşında həftədə bir dəfə yumaq olar.Evə döşənən əşyalar,xüsusilə ,xalça,kilimlər nə qədər təmiz olarsa evdəki allergenlərin sayı azalar.

7.Yumşaq mebellər-Ayda bir dəfə

Yumşaq mebellər ən az ayda bir dəfə tozsoranla təmizlənməlidir(Qəzalar zamanı dərhal ) İldə bir dəfə buxarla təmizləndikdə mebellər daha uzun ömürlü olur və daha əminliklə istifadə edə bilərsiniz.

8.Aksesuar,suvenir,rəflər-Həftədə 1 dəfə

Kitab rəfləri ,süvenirlər,şəkil çərçivələri,güzgülər,gecə lampaları vəs mikrofiber dəsmallarla həftədə 1 dəfə silinməlidir.

9.TV idarəedici pult-Həftədə 1 dəfə

 Batareyalar çıxarılır.Sabunlu su məhlulu hazırlanır.Pambıq çöplə pult təmizlənir .1:2 nisbətində sirkə su məhlulu ilə də pultu təmizləmək olar.Batareyaları pultun quruduğundan əmin olduqdan sonra yerləşdirin.

10.Çılçıraq ,tavan ventilyatorları- 3 ayda 1 dəfə

Mətbəxdə istifadə olunan çılçıraq və ya tavan ventilyatorları daha tez yağlandığı üçün tez-tez təmizlənməlidir.Lakin ,digər hallarda 3 ayda 1 dəfə təmizlənir.

11.Pəncərələr -3 ayda 1 dəfə

 Həftədə bir dəfə toz alındıqda pəncərələrin çərçivələrin tozunu almaq olar.3 ayda bir dəfə sabunlu su ilə təmizlənməlidir.Hər mövsümdə bir dəfə pərdələr yuyulmalıdır.

12.Ayaqyolu -Hər gün

Unitaz xlorlu vasitə  və fırça ilə hər gün yuyulmalıdır.Həftədə bir dəfə isə daha ətraflı təmizlənməlidir.

13.Hamam məhrabası-2-3 istifadədən sonra

Hamam məhrabaları 2-3 dəfə istifadə edilə bilər.Lakin istifadədən sonra tam qurudulmalıdır ki,bakteriyalar üçün münbit mühit yaranmasın.

14.Hamam plastik pərdə-Ayda 1 dəfə

Hamam pərdəsində sabun və başqa qalıqlar qalır.Ayda bir dəfə soda və isti su ilə pərdə yuyulmalıdır.Əgər duşdan az istifadə edilirsə bu vaxtı uzatmaq olar.Hər dəfə duşdan sonra pərdəyə təmizləyici hər hansı vasitə püskürtsə ləkə saxlamaz,daha asan təmizlənər.

15.Diş fırçası-3 ayda 1

Diş fırçaları 3 ayda bir dəyişilməlidir.Əgər daha tez köhnəlmişsə daha tez dəyişdirmək olar.

16.Təraş ülgücləri 5-7 dəfə

Təraş ülgücləri köhnəldikdə dərini zədələyir.Odur ki ,hər həftə dəyişilməlidir.

                                                                                                                                                                                                       Ardı var

 

 

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA