Doğum nəzarəti.Hansı kontrasepsiya metodunu seçməli?(1)

   Doğum nəzarəti zamanı uyğun metodu seçmək çətindir.Metodlar çoxdur.Bəs hansı daha effektivdir?

 Fizioloji metod-Ovulyasiyadan 5 gün əvvəl və 2 gün sonra hamiləlik baş verir.Bu da təxminən menstruasiya tsiklinin 7-18 ci günlərinə təsadüf edir.Bu müddətdə əlaqədən çəkinərək doğuma nəzarət etmək olar.Müsbət cəhətləri: Dərmana,heç bir prosedura ehtiyac yoxdur. Mənfi cəhətləri:25 % hamiləlik riski var

Spermisidlər-Bunlar adətən gel,köpük,şam formasında olub,uşaqlığa yerləşdirilir.Çox tez-tez istifadə qıcıqlanma,iltihab yarada bilər.Adətən digər kontraseptiv vasitələrlə birgə istifadə edilir.Müsbət cəhətləri:Bahalı metod deyil.Mənfi cəhətləri:29% hamiləlik riski var

Kondom (kişilər üçün) -Plastik klassik bariyerdir.Müsbət cəhətləri: Geniş istifadə olunan,ucuz vasitədir.Mənfi cəhətləri:Təkrar istifadə etmək olmaz

Kondom( qadınlar üçün) -Plastik üzük formasında ağzı olan nazik plastik kisədir.Müsbət cəhətləri:Geniş istifadə edilir.Mənfi cəhətləri:21% hamiləlik riski var

Diafraqm-Uşaqlığın kanal ağzına yerləşdirilən plastik bir kauçukdur.Spermasidlərlə birgə istifadə edilir.Müsbət cəhətləri:Ucuz başa gələn vasitədir.Mənfi cəhətləri:Həkim yerləşdirməlidir.16%risklidir.

 Servikal qapaq-Diafraqma bənzəyir lakin daha kiçikdir.Uşaqlıq ağzına yerləşdirilir.Spermasidlə birgə istifadə edilir.Müsbət cəhətləri:ucuz vasitədir,48 saat istifadə edilə bilər.Mənfi cəhətləri:Həkim tərəfindən taxılmalıdır.

 Doğum nəzarət süngəri-Spermasiddir.24 saat əvvəl yerləşdirilir.16-30% hamiləlik riski var.Müsbət cəhətləri: Reseptsiz verilir.Mənfi cəhətləri : Yerləşdirmək çətindir.Lakin həkimə ehtiyac yoxdur.

Kontraseptiv həblər -Ovulyasiyanı dayandıran progesteron və estrogen tərkibli həblərdir.Müsbət cəhəti:Çox effektiv üsuldur.8% hamiləlik riski var.Mənfi cəhətləri:Dəridə ləkələr yarada bilər.Qan qatılığını artırır.Qan təzyiqini qaldırır.

Doğum nəzarət plastrı-Həb içməyi unudanlar istifadə edə bilər.Həblə eyni işi görür,lakin həftədə bir dəfə dəyişdirilir.Müsbət cəhətləri:İstifadəsi asandır.Mənfi cəhəti:Daha bahadır,bəzən dəridə qıcıqlanma verə bilər.

 Vaginal üzük-Hormonlar ifraz edən,uşaqlığa yerləşdirilən plastik üzükdür.Ayda bir dəfə dəyişdirilir.Müsbət cəhətləri -Ayda 1 dəfə dəyişmək yetərlidir.Mənfi cəhətləri-Qıcıqlanma,iltihab yarada  bilər.

                                                                                                                                                                            Ardı var

 

 

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA