Doğum nəzarəti.Hansı kontrasepsiya metodunu seçməli?(2)

Inyeksiya ilə doğum kontrolu-Depo-Provera -3 ayda 1 dəfə Depo-provera inyeksiyası ilə hamiləlikdən qorunmaq olar.3 % hamiləlik  ehtimalı var.

 Müsbət cəhətləri:İldə 4 dəfə inyeksiya yetərlidir.

 Mənfi cəhətləri :Ucuz vasitə sayılmır 

 İmplant-Qolda dəri altına yerləşdirilir.3 il müddətində hormon ifraz edərək hamiləlikdən qoruyur.

Müsbət cəhətləri:100% qoruyur.

Mənfi cəhətləri:İmplant yerləşdirmə proseduru daha bahalıdır.

Progesteronlu Spiral -Mirena-Həkim tərəfindən uşaqlığa yerləşdirilən T formalı vasitədir.Misdən hazırlanan spirallar 10 il effektivdir,lakin 5 ildən dəyişilməlidir.

1000 spiral  istifadə edən qadından 8 -də hamiləlik görülür.

Müsbət cəhətləri:İstifadəsi uzun müddətli ,Asan 

Mənfi cəhətləri:Menstruasiya tsiklini poza bilər

Uşaqlıq(fallop) borularının bağlanması-Gələcəkdə bioloji övlad sahibi olmaq istəmirsinizsə bu metoddan istifadə etmək olar.Cərrah fallop borularını bağlayaraq bir dəfəlik hamiləliyin qarşısını alır.

Müsbət cəhətləri:100% nəticəsi var

Mənfi cəhətləri:Əməliyyat lazımdır.Geri dönüşü olmayan metoddur.

 Uşaqlıq borusu implantı-Uşaqlıq borusuna silikon və ya metaldan ibarət implant yerləşdirilir.Cərrahi əməliyyata ehtiyac yoxdur

Müsbət cəhətləri:Cərrahi metod deyil.100% effektivdir

Mənfi cəhətləri: Bir neçə ay sonra təsiri başlayır.Geri dönüşü olmayan prosedurdur.

Vazektomiya- Kişilərdə sperm daşıyan kanalların cərrahi yolla bağlanması metodudur

Müsbət cəhətləri:100% effektivdir.

Mənfi cəhətləri:Əməliyyat lazımdır.Geri dönüşü olmaya bilər.

Təcili kontrasepsiya-Əgər qadın qorunmursa əlaqədən dərhal sonra bu metoddan istifadə edə bilər.Yüksək dozada hormon tərkibi olan kontraseptiv həblərdir.72 saat ərzində qəbul edə bilər.

Əgər 35 yaşı keçmisizsə oral kontraseptivlər,plastrlar və vaginal üzükdən istifadə məsləhət deyil.Menopauza yaxınlaşırsa inyeksiya metodu tövsiyyə olunur.

Bu metodlar arasında ən effektiv və etibarlı metodlar isə vaginal spiral və hormonal implantdır.

                                                                                                                                                       Mənbə :Reviewed by Traci C. Johnson, MD

 

 

 

 

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA