Praktiki ginekologiyada naftalan terapiyası metodikaları. İltihabi xəstəliklərdə naftalan terapiyası

Babov K.D., Burlaka Y.V., Kazimov Q.A., Steblyuk V.V. Praktiki ginekologiyada naftalan terapiyası metodikaları.İltihabixəstəliklərdə naftalanterapiya

 

 Naftalanın iltihabəleyhinə, spazmolitik və analgeziya effekti, habelə yumurtalıq disfunksiyasının korreksiyası imkanları, yerli immunitet, xroniki iltihab fonunda yumurtalıq hormonların orqan-hədəflərində metabolik proseslər nəzərə alınmaqla tətbiq edilir. Bu kateqoriyadan olan pasiyentlərdə naftalanın ümumi fiziotəsiri adaptiv və qoruyucu potensialın artması, orqanizmin qeyri-spesifik rezistentliyinin güclənməsi ilə əlaqəlidir.

Orqanizmin cavab reaksiyalarının sanogenetik əsaslandırılmış qanunauyğunluqlarına əsaslanaraq, morfoloji substratlı xəstəliklərdə (iltihabi, distrofik genezli) hər şeydən əvvəl yerli, habelə reflektor-seqmentar təsir metodikalarından istifadə göstəriş edilir. "Tənzimləmə xəstəlikləri"ndə (müxtəlif xarakterli disfunksiyalarda) ilk növbədə ümumi təsir metodikaları göstəriş edilir. Lakin bu zaman qeyd etmək lazımdır ki, məsələn, fiziki amilin uşaqlıq boynuna təsiri boyunhipotalamus-hipofizar refleksin stimulyasiyasına səbəb olur ki, bu da periferik qanda LH və proqesteronun miqdarının artmasında özünü büruzə verir, bu isə bu yerli fiziotəsirdən ovulyasiyanın stimulyasiyası və qadın orqanizminin endokrin sonsuzluğu kimi mürəkkəb ümumi disfunksiyası zamanı sarı cismin fəallığını artırmaq üçün istifadə etməyə imkan verir.

Cinsiyyət yolunun yuxarı və alt bölmələrinin qeyri-spesifik iltihabi proseslərində naftalan preparatları əsasən applikasiyalar, boşluq müalicəsi (vaginal və rektal tamponlar, uşaqlıq yolu yuyulması) və fonoforez şəklində tətbiq edilir. 40-42-44°С temperaturda "tuman" şəklində 15-20 dəq. bir ya iki gün ardıcıl olaraq, üçüncü gün — fasilə verməklə, naftalan applikasiyaları qoyulur. Bir müalicə kursu 12-14 prosedurdur. 42-46°С temperaturda uşaqlıq yolu naftalan tamponları, müddəti - 15-20 dəq., naftalin applikasiyaları ilə kompleksdə və ya hər gün, bir kurs müalicə - 15 prosedura qədər.

38°С temperaturda uşaqlıq yolu yuyulmaları, 10 dəq., hər gün və ya naftalan applikasiyaları ilə kompleksdə, bir kurs müalicə - 15 prosedura qədər.

Xroniki mərhələdə vulvit, vulvovaginit, bartolinit zamanı kəskinləşmə olmadan naftalan applikasiyaları, naftalan applikasiyaları ilə uşaqlıq yolu tamponları bir arada, habelə naftalan oturaq vannalar səmərə verir.

Naftalan məlhəmli vaginal tamponlar, Т-42-44°С ekspozisiya - 60 - 90 dəqiqə, hər gün və ya bir gündən bir tətbiq edilir, bir kurs — 10-12 prosedurdur.

Aralıq nayihəsinə naftalan applikasiyası, Т-40-42°С, ekspozisiya - 15-20 dəqiqə, bir gündən bir və ya ardıcıl 2 gün, üçüncü gün - fasilə, bir kurs — 10-12 prosedurdur. 10-15 dəqiqəlik naftalanla oturaq indifferent vannalar, bir gündən bir, müalicə kursu - 10-12 vanna.

Xroniki kolpit və endoservisitlər zamanı fiziotəsir metodları orqanizmin adaptiv-uyğunlaşma reaksiyalarının yüksəldilməsinə, iltihabi halların məhdudlaşdırılmasına, uşaqlıq boyununun reseptorlarından patoloji impulsasiyanın götürülməsinə və uşaqlıq yolu florasının normallaşdırılmasına yönəlmişdir.

Vaginal tamponlardan başqa, bu patologiyada uşaqlıq yolu yumaları və naftalan yağı ilə uşaqlıq yolu ultrafonoforezi də göstəriş edilir. 38°С temperaturda gündəlik 10-15 dəqiqəyə qədər uşaqlıq yolu yumaları,. vaginal tamponlarla kompleksdə. Müalicə kursu - 10-12 prosedur.

Epitelləşmə və uşaqlıq yolunun mikrobiosenozunun bərpası proseslərinin sürətləndirilməsi üçün, habelə naftalanın funqisid təsirini nəzərə alaraq uşaqlıq boyunun fon proseslərinin cərrahi müalicəsindən sonra gündəlik və ya bir gündən bir naftalan yağlı vaginal tamponlardan istifadə edilir. Bir kurs - 10-14 prosedurdur.

Cinsiyyət yolunun üst bölmələrinin iltihabi prosesləri olan qadın pasiyentlərdə naftalan terapiyasına başlamağın optimal vaxtı menstrual tsiklin 5-7-ci günüdür, ancaq müalicəni xəstəliyin kəskin təzahürləri lokallaşdıqdan dərhal sonra hospitallaşdırma mərhələsində başlamaq olar. Bu kateqoriyadan olan xəstələrdə naftalan məlhəmli vaginal tamponlardan istifadə edilir, T - 42-44°С ekspozisiya - 60 - 90 dəqiqə, hər gün və ya bir gündən bir, kurs - 10-12 prosedurdur. Həmçinin naftalan rektal tamponlardan da müstəqil olaraq və ya vaginal tamponlarla növbələşmədə istifadə olunur, kurs — 10-12 prosedurdur, T - 39-40°С, ekspozisiya — 50-60 dəqiqə.

Uşaqlıq və yumurtalıqların xroniki iltihabi proseslərində 40-42°С temperaturda "tuman" zonasına naftalan applikasiyası keçirilir, ekspozisiya 15-20 dəq. bir gündən bir və ya ardıcıl 2 gün, üçüncü gün - fasilə, müalicə kursu 10-12 prosedurdur.

 Yanaşı lehimləmə prosesi və çanaq ağrılarında bu kateqoriyadan olan qadın pasiyentlərdə naftalan applikasiyasını boşluq müalicə metodikaları ilə bir araya gətirmək məqsədəuyğundur.

Naftalanın preparatlarının transdermal və transvaginal effektini gücləndirmək, eyni zamanda onların toplam dozasını və ekspozisiyanı azaltmaq üçün cinsiyyət yolunun üst bölmələrinin iltihabi prosesləri olan qadın pasiyentlərdə yumurtalıqların proyeksiyası nayihəsinə ultrafonoforez istifadə olunur. Metodika labildir, fasiləsiz rejimdə, intensivliyi 0,2- 0,6 Вт/smI, 6-8 dəq., bir müalicə kursuna 8-10 prosedur, palçıqla müalicədən boş günlərdə tətbiq edilir.

Çanaq ağrısının xarakterini (vertebrogen, əzələ-tonik, postiltihabi və ya əməliyyatsonrası) nəzərə alaraq, uşaqlıqyoludaxili və ya əks göstərişləri nəzərə almaqla ağrı zonalarına uşaqlığın və yumurtalıqların proyeksiyasında transdermal olaraq naftalan yağının fonoforezindən istifadə edilir.

Bundan başqa, ağrı sindromu olan qadın pasiyentlərdə naftalan applikasiyaların 36-38°С temperaturda 15-20 dəqiqəlik hər gün və ya bir gündən bir yaxalıq zonasına qoyulması da səmərə verir. Müalicə kursu 10-15 prosedurdur. Qadınların psixi-emosional durumuna ağrı sindromunun ifadəli neqativ təsiri və bu kateqoriyadan olan xəstələrdə ömür keyfiyyəti ilə əlaqədar ümumi prosedurları MBT və masajla bir arada həyata keçirmək tövsiyə edilir...

Reproduktiv sistemin iltihabi proseslərində balneoloji prosedurlar ənənəvi olaraq reabilitasiyanın posthospital və sanatoriya-kurort mərhələsində tətbiq edilir.

Naftalan balzamlı vannalar sistemli polifunksional təsir xarakterinə malikdirlər ki, bu da həm zədə ocağına spesifik yerli təsirdən, həm də yekunda bərpa proseslərinin aktivləşdirilməsinə yönələn neyroqumoral və hormonal requlyasiyaya qeyri-spesifik reflektor təsirdən formalaşır. Ümumi və ya oturaq 10-12 dəqiqəlik bir gündən bir 10 müalicə vanna kursu tətbiq edilir, Т° 35-370С.

 

Naftalan terapiyasının dishormonal patologiya zamanı tətbiqi

 

 

Reproduktiv sistemin dishormonal patologiyasının patogenezinin əsasında hipotalamus - hipofiz-yumurtalıq oxunun müxtəlif həlqələrinin tsiklik qarşılıqlı tənzimləmə mexanizmlərinin pozulması durur. Bu, əksər hallarda lyutein fazanın anovulyasiya və amenoreyaya qədər yetərsizliyindən menstrual tsiklin pozulması kimi kliniki təzahürlərlə yumurtalıq disfunksiyasının inkişafı ilə müşayiət olunur.

Qeyri-iltihabi və iltihabi genezli dishormonal patologiyada naftalan terapiyasından resepsiyanın, hormonal homeostazın, menstrual və reproduktiv funksiyanın bərpası üçün istifadə olunur ki, bu da bu müalicə amilinin tətbiqi fonunda mikrosirkulyasiyanın, damar tonusunun, uşaqlıq və yumurtalıqlarda qan dövranının yaxşılaşması, vegetativ balansın stabilləşməsi, MSS-də metabolik proseslərin normallaşması sayəsində baş verir.

Funksional genezli ginekoloji neyroendokrin sindromlarının əksəriyyətinin patogenezində eyni mexanizmlər durur ki, onların da fiziki amillərdən istifadə etməklə aradan qaldırması eyni metodikalar üzrə aparılır.

Ginekoloji neyroendokrin sindromlarının mərkəzi formalarında (yumurtalıqların polikistozu, cinsi yetişmə dövrünün neyromübadilə-endokrin, menstruasiyaqabağı, hipotalamik sindromu, menstrualararası ağrı sindromu və s.) hər şeydən əvvəl, ümumi təsir metodikalarında naftalan preparatlarının tətbiqinə üstünlük verilir: balneoloji prosedurlar, ...bir arada masaj.

Bu metodikaların tətbiqi reproduktiv sistemin bioritmostazının bərpasına - reproduktiv dövrdə menstrual tsiklin normallaşmasına və reproduktiv funksiyanın formalaşma və sönmə dövründə qarşılıqlı hormonal münasibətlərin tarazlaşmasına səbəb olacaq.

Naftalanın tərkibinə daxil olan naften karbohidratlarının steroid hormonların biosintezini gücləndirmək imkanı sayəsində bu amil V.M.Struqatski (2005-ci il) tərəfindən "uzunsürən sonrakı təsirə malik olan və orqanizmin estrogen doyumluluğunu" yüksəldən amillər qrupuna aid edilmişdir ki, bu da ondan hipoestrogen halların qeyri-dərman müalicəsində və bu kateqoriyadan olan pasiyentlərin tibbi reabilitasiyasında səmərəli istifadə etməyə imkan verir. Estrogen qıtlığı ilə əlaqədar patologiya qrupu kifayət qədər geniş olmaqla özünə aşağıdakıları daxil edir: hipoqonadotrop amenoreya, tükənmə və rezistent yumurtalıqlar sindromu, klimakterik sindrom, vaxtından əvvəl (40 yaşa qədər), erkən (40-dan 45 yaşa qədər) və cərrahi menopauza. Bu qrupa son illərdə kifayət qədər tez-tez rast gəlinən psixi travma nəticəsində yumurtalıqların hormonal fəallığının kəskin dərəcədə aşağı düşməsi və amenoreya ilə müşayiət olunan sinir anoreksiyası sindromunu da aid etmək olar. Fiziotəsir metodikasının seçimi zamanı bu halların kliniki təzahürlərinin polimorbitliyini (vegetativ-damar, psixo-emosional, vazomotor, emosional-vegetativ, mübadilə pozuntuları) nəzərə almaq lazımdır. Bunlara qarşılıqlı ağırlaşdırma sindromu da qatıla bilər.

Ginekologiyada hormon qıtlığı hallarının müalicə prinsiplərindən biri

qeyri-hormonal və qeyri-dərman terapiyası kursundan sonra əvəzedici hormonal terapiyanın (əks göstərişlər nəzərə alınmaqla) minimum effektiv dozalarını təyin etməklə müalicəyə mümkün qədər tez başlamaqdır.

Qeyri-hormonal və qeyri-dərman terapiyasının aparılmasında məqsəd bioloji təsiri gücləndirmək üçün steroid hormonlarının orqan-hədəflərinin reseptor aparatının ekspressiyasının yüksəldilməsidir.

Bu hallarda naftalan preparatlarından istifadə onun ifadəli adaptiv və estrogenmodullaşdırıcı, habelə mərkəzi və vegetativ sinir sisteminin funksional vəziyyətinə stabilləşdirici təsiri, neyropsixoloji simptomatikanın ifadəliliyi ilə əlaqədar patogenetik baxımdan əsaslandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, naftalan terapiyası hipohormonal hallarda monoterapiya şəklində və ya kompleks medikamentoz terapiyanın tərkibində, həmçinin bu ginekoloji xəstələr qrupunda tibbi reabilitasiyanın posthospital mərhələlərində istifadə oluna bilər.

Əgər klimakterik sindrom zamanı estrogen qıtlığı yumurtalıqların funksiyasının yaşla əlaqədar qeyri-adekvat şəkildə sürətlə azalması ilə şərtlənirsə, cərrahi menopauza zamanı ovarioektomiya nəticəsində orqan-hədəflərin (uşaqlıq, süd vəziləri, dəri, piyli və sümük toxuması) onlara tələbinin kifayət qədər yüksək olduğu fonda yumurtalıq hormonlarının sintezi bir anda dayanır. Qeyd etmək lazımdır ki, 40 yaşdan sonra qadınlarda estrogen qıtlığı hallarının həm medikomentoz, həm də qeyri-dərman korreksiyası əvvəlcə aşağıdakı həcmdə ilkin müayinəni tələb edir: kiçik çanağın ultrasəs müayinəsi, mammoqrafiya, epitelinin sitomorfoloji tədqiqi, qan və koaquloqrammın biokimyəvi analizi.

Yumurtalıqların funksiyasının azalması və ya tam olaraq sönməsi üzündən estrogen qıtlığı hallarının ifadəliliyi müxtəlif olduqda, "tuman" və ya "yarıtuman" zonasına naftalan applikasiyası, rektal və vaginal tampon qoyulur, naftalan vannaları və naftalan yağı ilə masaj (həmçinin vibro - və sualtı duş masajı) (prosedurların metodikaları yuxarıda təsvir edilmişdir) istifadə olunur.

Sidik-tənasül sisteminin alt bölmələrinin atrofik proseslərinin müalicəsi üçün estrogen preparatların təsirinin artırılması, dozasının azaldılması və mümkün allergik reaksiyaların profilaktikası məqsədilə bu kateqoriyadan olan pasiyentlərdə gündəlik və ya bir gündən bir 0,1% follikulin məhlulu ilə naftalan yağının vaginaldaxili fonoforezi aparılır. Müalicə kursu 10-12 prosedurdur.

Bu metodika da faza alığı olan qadın pasiyentlərdə menstrual tsiklin 5-ci günündən 14-cü gününə qədər (müalicə kursu 10 prosedurdur) və ya müntəzəm menstruasiyalar olmadıqda, 26 gün ərzində gündəlik və ya bir gündən bir hestagen preparatları ilə bir arada süni olaraq modullaşdırılan menstruasiya tsiklinin 14-cü günüdən 26-cı gününə qədər istifadə edilə bilər.

 

 

Abortsonrası, doğuşsonrası, əməliyyatsonrası reabilitasiyada naftalan terapiyası metodikaları

Cərrahi stressin və əməliyyatsonrası ağırlaşma riskinin azaldılması, adaptiv reaksiyaların, hormonal və vegetativ balansın mümkün qədər tez bərpası, habelə qadınların psixoemosional sferasının tarazlaşdırılması məqsədilə ginekoloji xəstələrin əməliyyatsonrası, abortsonrası reabilitasiyasında naftalan preparatlarından istifadə xüsusi diqqətə layiqdir.

Keçirilmiş cərrahi stressdən sonra immun sisteminin funksional vəziyyətinə naftalanın təsir mexanizmi onun iltihabəleyhinə, desensibilizasiyaedici, stimullaşdırıcı və reparativ-regenerasiya xarakterli təsiri ilə təyin edilir. Əməliyyatsonrası dövrün 3-cü günündən başlayaraq naftalanlı rektal tamponlar hər gün və ya bir gündən bir tətbiq edilir. Kurs 10-12 prosedurdur. Naftalanlı yağ massajından da istifadə edilir. Ağrı sindromunun ifadəliliyini azaltmaq üçün yaxalıq zonasına naftalin applikasiyalarının qoyulması səmərə verir (T 36-38°С 15-20 dəq. hər gün və ya bir gündən bir, kurs 10-12 prosedurdur). Əməliyyatsonrası dövrün 7-10 günündən başlayaraq, əməliyyatsonrası tikiş nayihəsində transdermal fonoforez və keloid çapıqların inkişafının qarşısını almaq üçün naftalan məlhəmindən və yağından istifadə səmərə verir.

Ginekoloji əməliyyatlar keçirmiş qadın pasiyentlərin əməliyyatsonrası reabilitasiyasının posthospital və sanatoriya-kurort mərhələsində naftalan balzamı ilə ardıcıl olaraq iki gün ümumi və ya oturaq vannalar tətbiq edilir (T 35-37°С), üçüncü gün fasilə edilir. Müalicə kursu 10-14 vannadır.

 

Çox oxunanalar