Bir çox ailələr uşaqların ətraf-mühitdəki mikroblarla ünsiyyətdə olmasına şərait yaratmır.
Bu doğru deyil,çünki uşaqların müdafiə mexanizmi steril mühitdə formalaşa bilməz.Belə mühitlərdə böyümüş uşaqlar ən kiçik bir yoluxmada xəstələnirlər.Bundan başqa təbii mühitdə mikroblarla qarşılaşmayan uşaqlarda təbii müdafiə mexanizmi formalaşmadığı üçün peyvənd etdikdə ciddi ağırlaşmalar müşahidə edilir.Hər bir insanın həm anadangəlmə həm də sonradan qazandığı immuniteti vardır.Qazanılmış immunitet limfositlərdən asılıdır.Çünki antigenlərə qarşı antikor sintez edən limfositlərdir.Qandakı leykositlər də məhv edilmiş antigenləri orqanizmdən uzaqlaşdırır.
Bir limfosit bir antigenlə (bakteriya,virus) qarşılaşdıqda onu necə məhvetdiyini unutmur.İllərlə o yaddaş limfositdə saxlanır.Və o təkrar eyni antigenlə qarşılaşdıqda asanlıqla antigeni məhv edir.Yəni orqanizmin steril mühitə yox,düzgün qidalanmaya ehtiyacı var.