Duz otağı otaqda hər tərəfin təbii qaya duzları istifadə edilərək tikilmiş,Halogenerator vasitəsi ilə içəriyə püskürtülən farmakoloji duz aerosollarını tənəffüs etdiyimiz məkandır.Haloterapiya-Duz terapiyasının seansı 45 dəqiqə olur.Duz otağının müalicə dəyəri təsdiqlənmiş olduğundan ,aşağıdakı problemləri olan insanlarda çox faydalıdır:

  •   Nəfəs yolu xəstəlikləri
  • Astma xəstəliyi
  • Bronxit
  • Ağciyər iltihabı
  • Soyuqdəymə və qrip
  • Öskürək
  • Qulaq infeksiyaları
  • Egzema
  • Psoriaz
  • Stress
  • Depressiya
  • Yuxusuzluq
  • Larengit
  • Farengit
  • Sinuzit
  • Pnevmaniya
  • Allergiya
  • Artıq çəki vəs.

  Duz otağında havaya püskürtülən Na Cl hissəcikləri Bronxial astmanı yüngülləşdirir,havadakı polenləri nəfəs yollarından uzaqlaşdırır,polenlərə qarşı allergik reaksiyanı azaldan immun sistemi gücləndirir,nəfəs yollarını təmizləyir,soyuqlama ,qripdən qoruyur və müalicə edir,akne ,dermatit kimi dəri xəstəliklərini müalicə edir,yuxusuzluğu aradan qaldırır.

 Duz otağında ilk seans

Duz otağına yazıldığınız saatda gəlməyiniz vacibdir.Əks halda diger seansı gözləməli olacaqsız.Duz otağında dəriniz və geyimləriniz incə duz təbəqəsi ilə örtüləcək.Bu sizi narahat edəcəksə üzərinizə qoruyucu geyim verilir.Ve ya seansdan sonra evde duş qəbul edəbilərsiz.Seans müddətində otağın qapısı mümkün olduğu qədər açılmamalıdır.Duz seansından sonra bol su içilməlidir.Duz otağının faydalarını artırmaq üçün nəfəs yollarını açıcı,sakitləşdirici təsirli esensial yağlardan da topikal istifadə etmək olar.

Duz otağında müalicə-TƏBİİ DƏRMANSIZ müalicədir.Bir neçə əks göstərişi var-Ürək xəstəlikləri olanlar,Hipertenziv xəstələr əvvəlcə həkimdən məsləhət almalıdır.6 həftədən başlayaraq körpələr valideyni ilə birgə duz seansı qəbul edə bilər.

 Duz otağı ilk 5 seansdan sonra faydasını göstərir.Müalicənin gedişatına görə ildə 2-3 dəfə təyin edilir.

 

 

 

Podaqra nədir?

Podaqra keçmişdə yalnız yüksək təbəqəli insanlarda rast gəlindiyi üçün "Krallar xəstəliyi" adlanırdı.Həddən artıq qida və içki qəbulu bu xəstəliyi yaradır. Qidadan aldığımız purinlər uratlara çevrilirərək oynaqlara toplanır, kristallaşaraq oynaqlarda ağrılı artritə səbəb olur.Tarix boyu ən çox rast gəlinən xastəliklərdən biridir

 

   Keçən məqaləmizdə kosmetik vasitələr haqqında danışmışdıq.Kosmetik vasitələr cəmiyyətin hər sinfinin istifadə etdiyi şəxsi qulluq vasitələridir.Son 20 ildən çoxdur ki, mütəxəssislərin əsas hədəfi dəri yaşlanmasına qarşı təsirli kosmetik vasitələr hazırlamaqdır.

 

Kaliforniya Universiteti professoru Dr.Micheal Hochman təzyiq ölçülməsinin bəsit bir prosedur olsa da,ölçülmə zamanı edilən səhvlərin (təzyiqi 10-20mm civə sütunu artıq və ya az göstərməsinə səbəb olduğunu) diaqnozun səhv olmasına gətirib çıxaracağını vurğulamışdır.

 Təzyiqi ölçərkən edilən səhvlər :

1.Dolu sidik kisəsi ilə təzyiq ölçmək doğru deyil,10-15 mm civə sütunu çox göstərə bilər.Ölçməzdən əvvəl sidik kisəsi boş olmalıdır.

2.Ayağı ayaq üstünə atmaq olmaz

3.Arxaya söykənərək,dabanları yerə basaraq düz stolda əyləşmək lazımdır.

4.Qol yanda asılı qalmamalı,ürək səviyyəsində yerləşdirilməlidir.

5.Tanometr manjeti paltar üstündən taxılmamalıdır.

6.Balaca manjetli tonometrlə təzyiq ölçülməməlidir.

7.Ölçmə zamanı danışmaq olmaz ,səssiz qalmaq lazımdır

 

     Ətrafda şampunlarla bağlı bir çox şikayət eşidirik.Marketlərdə içi kimyəvi maddələrlə dolu şampunlar hətta "No Poo" hərəkatının yaranmasına səbəb olmuşdur. Bu hərəkata qoşulanlar daha sağlam həyat üçün tamamilə şampundan imtina edib,sirkə və soda ilə saçlarını yuyurlar.Həftədə bir dəfə və ya ayda bir dəfə bu metoddan istifadə etmək olar.Lakin bu hamının seçimi ola bilməz.Xüsusilə,boyalı saçlı xanımların(Sirkə boyanı axıdıb saç rəngini açdığı üçün)

 

1 -dən səhifə 4

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA