İqtisadi cəhətdən əlverişli olduğu üçün illərdir LED lampalarndan istifadə geniş vüsət alıb.Bəs LED lampaları haqda nələri bilmirik?!
LED lampaları insan gözünün görmədiyi mavi işıq yayır.Mavi işıq insan orqanizmi üçün gündüz faydalıdır lakin gecə zərərlidir.Gündüzlər görmə üçün vacib olan mavi işıqlar gecələr işığa həssas melatoninə təsir edir.Melatonin bədənin ritmini tənzimləyən hormondur və işıqda sintez olunmur.Bu hormon sintez olunmazsa insanlar xəstəliklərə davamsız olur-xüsusi ilə də bəd xassəli şişlərə qarşı!
LED işıqlar yalnız işıqlandırmada istifadə edilmir.Müasir zamanda telefonlar,planşetlər,rəqəmsal ekranlar,TV LED süni işıq mənbələridir.Bunların qarşısında çox vaxt keçirmək uzun müddət mavi işıqla şüalanmaqdır.Son illərdə istehsalçılar mavi işığı azaldılmış ekran istehsalına başlayıb.Bundan başqa bəzi filtr və eynəklərdən istifadə etmək də bu şüalardan bizi qoruya bilər.
Nəticədə biz, LED işıqları tamamilə həyatımızdan çıxara bilmərik.Lakin ,yuxu saatları yaxınlaşdıqca işıqları azaltmaq və mavi işıqdan uzaqlaşmaq lazımdır.Mümkünsə yataq otağı tam qaranlıq olmalıdır.Əgər gecə işıqlandırma vacibdirsə ənbər və ya qırmızı işıqdan istifadə etməliyik.