Su həyatdır.Orqanizmdəki mühitin saxlanması,qidaların həzmi,həzm olunmuş maddələrin hüceyrələrə daşınması,zərərli maddələrin orqanizmdən xaric edilməsi su vasitəsi ilə həyata keçir.
Ən təmiz ,saf su axar sudur.Saxlanılan sular isə "ölü su" adlanır.Şəhərlərdə 70% insanlar plastik qablarda satılan "ölü su"-dan istifadə edir.Saxlanılan suların təbii bucaq quruluşu pozulur.Quruluşu pozulmuş sudan orqanizm faydalana bilmir.Deməli mümkün qədər axar sudan istifadə etmək lazımdır.
Hələ qədimdə təbiblər suyu vaxtsız içməyin zərərli olduğunu göstərmişlər.Yorğun ,tərli olduqda,duş qəbulundan sonra,yemək zamanı,yeməkdən sonra ,meyvə ,xüsusilə qovun yedikdə və ayaqüstə su içmək olmaz.Yeməkdən əvvəl su içdikdə, süfrəyə əyləşmədən ən az yarım saat əvvəl içilməlidir.Çünki,yeməyə hazırlaşan mədənin ifraz etdiyi fermentləri su bağırsağa ötürür.Bu fermentlər bağırsağın mikroflorasını pozur.Eyni zamanda mədədə ferment azaldığı üçün həzm prosesi pozulur.Mədə həzm etmək üçün turşuluğu artırır.Həzm əvəzinə çürümə prosesi gedir.
Yeməklə birlikdə,yeməkdən sonra içilən su isə mədənin böyüməsinə səbəb olur. Su içmək üçün ən ideal zaman səhər oyandıqdan 1-2 saat ,yeməkdən isə 2-2.5 saat sonradır.
r