Gözəlliyin yaşı yoxdur!Oriflame ilə gündəlik dəriyə qulluq (1)

   "Gənc dəriyə nizamlı qulluq lazım deyil","40 yaşından sonra arıqlama və fit olmaq mümkün deyil","30 yaşdan sonra baxım üçün artıq gecdir."-Ətrafımızda bir çox belə xurafatlar eşidirik.Gözəlliyin yaşı yoxdur! 25  yaşında da gözəl görünə bilərsən,40 yaşında da ,60 yaşında da.Əsas olan beynimizə yeridilən xurafatdan ,stereotiplərdən uzaqlaşıb xarici görünüşünü,bədənini sevə bilməkdir.("Kar qurbağa" olmasaq doğurdan da quyudan çıxa bilmərik ;) Gözəl dəri ,gözəl saç və dırnaqların iki sirri var :Sağlamlıq və düzgün qulluq

  Hansı yaşdan etibarən dəriyə qulluq etmək lazımdır?

Yeniyetmələrdə gigiyenik qulluq vərdişlərini 12-15 yaşdan etibarən formalaşdırmaq lazımdır.Bu orqanizmdə hormonal dəyişikliklərin getdiyi müddətdir,piy vəzlərinin fəaliyyəti güclənir,səpkilər yaranır.Bu yaşda dəriyə düzgün qulluq -gələcəkdə dərinin gözəl vəziyyətdə olmasına zəmin yaradır.

Gündəlik dəriyə qulluq heç də hər zaman bahalı kosmetik vasitələr demək deyil.Ən əsası düzgün vasitəni seçməkdir. Düzgün vasitəni seçmək üçün də dərimizi yaxşı tanımalıyıq. Məs.quru dəri ən tez yaşlanan dəri tipidir.Quru dəri mütləq şəkildə hər gün nəmləndirilməlidir və tez-tez quru dərini yumaq olmaz.

Əgər dəriniz yağlıdırsa tonikdən istifadə etmək lazımdır.Yağlı dəriyə uyğun nəmləndirici seçilməlidir.

 Bəzi allergik dərisi olan xanımlar hər kosmetik vasitədən istifadə edə bilməz.Bu zaman qızartı ,səpkilər yarana bilər.Medikal kosmetik vasitələrdən istifadə etməlidirlər.

 Əgər dəriniz allergik və ya problemli deyilsə günlük bir təmizləyici və nəmləndiricidən istifadə etmək yetərlidir.Bu yolda biz Orifleym mütəxəssisi- Biokimya magistri t.e.n Dəri araşdırmaları İnstitutunun Elmi araşdırmalar üzrə direktoru Alen Mavonun təcrübələrindən istifadə edə bilərik.Ardı var..

 

  • Növbəti məqalədə :NƏ ÜÇÜN ORİFLEYMDƏ BİZ HƏR MƏHSUL SERİYASI ÜÇÜN DƏQİQ YAŞ DÖVRÜ QEYD EDİRİK?ÜZƏ QULLUQ KOSMETİKASI SEÇİMİ ZAMANI DAHA NƏLƏRƏ DİQQƏT ETMƏK LAZIMDIR?

                                

 

 

  

 

   

 

Çox oxunanalar