Oynaqlarda ağrıların səbəbləri."Sustavlan" ilə müalicə

   Naftalanda dünyada yeganə olan bir muzey mövcud olub :"Əsa" muzeyi..Və çox maraqlıdır bu muzeyin eksponatları atılmış qoltuq ağacları olmuşdur.Xəstələr sağaldığı üçün artıq onlara gedərkən əsa lazım olmamış və Naftalanda qoyub getmişlər.

Əvvəlki məqaləmizdə dediyimiz kimi 70-dən çox xəstəliyə şəfa olmuşdur Naftalan yağı.Bunlardan birini Sümük-oynaq-əzələ sistemi xəstəlikləri başlığı altında araşdıraq :

Oynaqlar dayaq-hərəkət sistemində sümükləri birləşdirərək hərəkətimizi təmin edir.Oynaqlarda hər hansı bir zədələnmə,dəyişiklik hərəkət edərkən ağrıya səbəb olur.Ağrıya səbəb aşağıdakılardan biri ola bilər.

  • Osteoartrit
  • Revmatik və Revmatoid artrit
  • Posttravmatik artritlər ,ostit
  • Deformasiya edici poliosteoartrozlar
  • Onurğa sütununun osteoxandrozu
  • Onurğa sütunun spondilyozu
  • Fəqərəarası disklərin yırtığı və protruziyası
  • Bursit,tendovaginit,miozit
  • Podaqra poliartriti
  • Bexterev xəstəliyi

 Oynaq ağrıları yüngül ağrılardan şiddətli ağrılara qədər müxtəlif ola bilər.Bir neçə həftəyə ağrılar kəskinləşə və yaxud xroniki hala da keçə bilər.Oynaqlarda ağrının səbəbi nə olmasından asılı olmayaraq dərmanla müalicə ,fizioterapiya ,alternativ terapiyadan istifadə etmək olar. 

"Nafta-oil" naftalana getmək fürsəti olmayanlar üçün fürsəti ayağımıza gətirir."Sustavlan" kremi  naftalan neftinin bütün göstəricilərində olan eyni təsir mexanizminin yüksək sürətli təsirə malik vasitəsidir.

Yuxarıda sadaladığımız xəstəliklərdən əziyyət çəkirsizsə ağrını yüngülləşdirmək eyni zamanda müalicə  üçün evdə "Sustavlan"-dan necə istifadə etmək olar? Bu metodlar həkimlər arasinda qisaltma ilə PRİCE

( POTECT,REST,iCE,COMPRESS,ELEVATE) adlanır

   Yəni

  • Zədələnmiş oynağı dəstək ilə qorumaq
  • "Sustavlan" kremi çəkərək istirahət etmək(zədəli oynağa ağrı verən heç bir hərəkət etmək olmaz )
  • Soyuq -buz  qoymaq (və ya isti diaqnoza əsasən )
  • Elastik sarğı ilə oynağı bağlamaq 
  • Oynağı ürək səviyyəsinə qaldırmaq lazımdır  (Diz ağrılarında ayaq altına yastıq qoyularaq ürəklə eyni səviyyəyə gətirilməlidir.)

   

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA