Dəriyə qulluq seriyasını necə seçmək olar?

Nə üçün biz hər məhsul seriyası üçün dəqiq yaş dövrü qeyd edirik?

Novage məhsul seriyası İsveçdə Orifleymin Dəri araşdırmaları institutunda keçirilən yaş qavrayışı Age Reflect unikal araşdırması sayəsində işlənib-hazırlanmışdır.Bu araşdırmanın gedişində əldə edilmiş məlumatlar sübut edir ki,dəri yaşlanması əlamətləri (quruluq,qırışlar,sallanma,piqmentləşmə,qeyri-bərabər ton) yaşlanma prosesinin nəticəsində müşahidə olunur,lakin hər insanda fərqli şəkildə əmələ gəlir.

Yaş sadəcə göstəricidir və lazımi vasitələr seriyasının seçimi zamanı əsaslana biləcəyin çıxış nöqtəsidir.Lakin,daha dəqiq tövsiyələr həmçinin ,dəridə görünən yaşlanma əlamətlərinə əsaslanmalıdır.Məs.əgər sizin 35 yaşınız varsa ,artıq dərin qırışlarınız varsa və dəri sallanırsa Ecollagen yox,Ultimate Lift xəttini seçmək daha düzgün olacaq.

 Dəriyə qulluq xəttinin seçiminə həmçinin ilin mövsümi də təsir edə bilər-qışda və yayda fərqli qulluq lazımdır.İqlim,ətraf mühit ,havanın quruluq yaxud nəmliliyi,günəş şüalarının fəallıq səviyyəsi kimi faktorlara da diqqət vermək lazımdır.

Novage portfoliosunda əsas xəttin təsirini gücləndirən və yaxşılaşdıran tamamlayıcı dəriyə qulluq məhsulları var.Bu vasitələr dəri yaşlanması əlamətləri ilə mübarizə aparır,yenilərinin yaranmasının qarşısını alır və ləngidir,UB şüalanmadan və həddən artıq dəri quruluğundan müdafiə edir.

 

Çox oxunanalar