Dəri yaşlanması nədir?Dermakosmetik vasitələr

   Keçən məqaləmizdə kosmetik vasitələr haqqında danışmışdıq.Kosmetik vasitələr cəmiyyətin hər sinfinin istifadə etdiyi şəxsi qulluq vasitələridir.Son 20 ildən çoxdur ki, mütəxəssislərin əsas hədəfi dəri yaşlanmasına qarşı təsirli kosmetik vasitələr hazırlamaqdır.

   Dərinin təbii və foto yaşlanmaya qarşı qorunması və yaşlanma əlamətlərinin gecikdirilməsi hazırda yeni kosmetik vasitələrin əsas hədəfidir.Bu vasitələrin digər vasitələrdən fərqi tərkibində kosmosevtik/dermakosmetik maddələrin olmasıdır.İlk dəfə bu termin Albert Kligman tərəfindən irəli sürülmüşdür.Kligman tərəfindən ilk dəfə istifadə olunmuş bu termin kosmetika və dərman sözlərinin birləşməsindən yaranmışdır. ( "cosme"tics+ pharma"ceutics" )

Dəridə yaşlanmanın nə olduğunu bilmədən onunla mübarizə apara bilmərik.Dərimiz 3 təbəqədən ibarətdir:Epidermis ,dermis və hipodermis.Epidermis xaric ilə təmasda olan qatdır.Hipodermis isə ən dərində yağ hüceyrələrinin toplandığı qatdır.Yaşlanan dəridə dermis təbəqəsində toxumalar, proteinlər zədələndiyi üçün elastikliyini itirir və qırışır.Dermisin ən əsas tərkib hissəsi KOLLAGEN-dir və dermisə səpələnmiş iplər halındadır.Kollagen həllolan və olmayan iki cürdür.Gənc dəridə həllolan kollagen daha çoxdur.Dəri yaşlandıqca həllolmayan kollagen artır.Hazırda satışda bir çox kollagen tərkibdə məhsullar vardır.Xaricdən istifadə ilə yanaşı parenteral daxilə yeridilən yaşlanma əleyhinə məhsullarda mövcuddur.

Dermisdə kollagendən sonra ikinci vacib protein ELASTİN-dir.Dəridə 5%-ə qədər olur və elastikliyi təmin edir.Kollagenlə birlikdə bir çox antiaging məhsulların tərkibində elastin də vardır.

Digər bir vacib maddə isə HİALURON TURŞUSUDUR(glikozaminoglikan).Bu turşunun azalması da üzdə qırışlar yaradır.

 ANTİAGİNG-YAŞLANMA ƏLEYHİNƏ OLAN MADDƏLƏR

  • Reseptor aktivasiya  -Retinoidlər 
  • Maneə yaradan- Nemlendirici maddələr,vazelin ,silikon ,gliserin
  • Eksfoliatlar-Salisil turşusu,alfa- beta-hidroksi turşular
  • Hüceyrə yenilənməsi-Proteinlər və peptidlər
  • İltihabı azaldan v.lər-Yaşıl çay,çay ağacı vəs bitkilər
  • Oksidləşmənin qarşısını alan- Antioksidantlar və vitaminlər
  • Hüceyrələr arası informasiya daşıyıcısı-Pentapeptidlər,hekzapeptidlər
  • Piqmentasiya əleyhinə vasitələr-Hidraxinon,Titanium Dioksid
  • Fotoqorunmanın təmini-Orqanik və inorqanik günəş süzücülər SPF

    Yaşlanma əlamətlərinə qarşı mübarizə aparmaq üçün seçdiyimiz məhsullarda hansı inqridientlərin olduğunu artıq bilirik.Dərimizə doğru qulluq edək.Ən böyük motivasiyamız güzgülər olsun!

 

Çox oxunanalar