Təzyiq ölçərkən edilən 7 səhv

Kaliforniya Universiteti professoru Dr.Micheal Hochman təzyiq ölçülməsinin bəsit bir prosedur olsa da,ölçülmə zamanı edilən səhvlərin (təzyiqi 10-20mm civə sütunu artıq və ya az göstərməsinə səbəb olduğunu) diaqnozun səhv olmasına gətirib çıxaracağını vurğulamışdır.

 Təzyiqi ölçərkən edilən səhvlər :

1.Dolu sidik kisəsi ilə təzyiq ölçmək doğru deyil,10-15 mm civə sütunu çox göstərə bilər.Ölçməzdən əvvəl sidik kisəsi boş olmalıdır.

2.Ayağı ayaq üstünə atmaq olmaz

3.Arxaya söykənərək,dabanları yerə basaraq düz stolda əyləşmək lazımdır.

4.Qol yanda asılı qalmamalı,ürək səviyyəsində yerləşdirilməlidir.

5.Tanometr manjeti paltar üstündən taxılmamalıdır.

6.Balaca manjetli tonometrlə təzyiq ölçülməməlidir.

7.Ölçmə zamanı danışmaq olmaz ,səssiz qalmaq lazımdır

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA