Psixoloqların belə tanımaqda çətinlik çəkdiyi "aktyor" və "aktrisalar"...Gizli təhlükə

       Psixoloqların belə tanımaqda çətinlik çəkdiyi "aktyor" və ya "aktrisa"lar..PSİXOPATLAR...

   Kimdir psixopatlar?  Psixopat dedikdə bir çoxunun gözündə filmlərdəki cinayətkarlar canlanır..Amma içimizdə yaşayan hətta ətrafdan cəlbedici görünən, insanların rəğbətini qazanan (təhsilli və ya təhsilsiz,işində çox uğurlu olan və ya olmayan)  "GİZLİ PSİXOPATLAR" da var.Elə bir zamanda yaşayırıq hər kəs gərgin ,daim narahatdır.Lakin bəzi insanlar varki öz rahat görüntüləri ilə özgüvənli kimi görünürlər.Bu davranışları ilə bir çox "qurban"ları cəlb edirlər..Bu "cool" görüntülərinin altında isə özgüvəni sıfır olan,heç bir empati hissi olmayan əsl VİCDANSIZLAR gizlənir."Qurban"ları bunu anladıqda isə artıq manipulyasiyalara uğramış olur.Bu gizli psixopatları bəzən psixoloqlar belə tanıya bilmir.Çünki kopyalama qabiliyyətləri çox güclüdür.Hər hansı bir film səhnəsi və ya başqa birini çox rahatlıqla təqlid edə bilir.Onları ən yaxşı ailələri və yaxınları tanıyır.

Psixopatiya daha çox genetik sayılır.Normal beyinlə müqayisədə psixopat beynində frontal lobda neyronların əlaqəsi zəifdir.Ona görə özlərini idarə edə bilmir,şiddətə meyllidir və empati hissi yoxdur.Qarşındakını qətiyyən anlamır və asanlıqla zərər verir.Robert D.Hare öz kitabı "Vicdansızlar"-da bu haqda ətraflı izah vermişdir.

Psixopatlar həm qadın ,həm kişilər arasında rast gəlinir.Qadın psixopatlar Öldürən Cazibə filmindəki Glenn Close’un xarakteri kimi olmasa da, qadın psixopatlar var ve kişi psixopatlar qədər vəhşi, hiyləgər ve planlı olabilir. Ancaq bunlar, öz psixopatlıqlarını daha örtülü və hiyləgər şəkildə göstərir.Çox qısqanc və parazitdir.Yəni gerçək xarakterləri nadir hallarda üzə çıxır.

Keçmişdə hər biriniz az və ya çox dərəcədə manipulyasiyaya məruz qalmısız.Bəziləriniz hələ də bunun içində nə olduğunu anlamadan, bilmədən yaşayır.

       Manipulyasiya sosial-psixoloji fenomen olaraq başqa fərdlərin aldadıcı, zoraki ama gizli taktikası nəticəsində insanın dərketmə qabiliyyətini, şüurunu, düşüncə tərzini və davranışını, təmamilə dəyişmə gücünə malikdir.

 Manipulyasiya qurbanı olmamaq üçün nə olduğunu anlamalıyıq .Manipulyasiyanın növləri:

1.Gashlighting-Dilimizdə hərfi mənada tərcüməsi olmasa da,mənası belə izah olunur: Qarşısındakı insana müxtəlif oyunlar oynayaraq zamanla insanın özündən şübhə etməsinə səbəb olan psixoloji işgəncə.Qorxulu olan odur ki,"qurban"ın bunu hissetməsi mümkünsüzdür.

2.Projection-Günahı qarşındakı insanın boynuna yıxmaq.Öz səhv və qüsurlarını görməzdən gələrək tamamilə qarşındakı insanı susdurmaq üçün onu günahlandıraraq susdurmaq 

3.Hər hansı bir mübahisədə mövzuyla əlaqəsi olmayan əlaqəsiz mövzularla qarşındakının başını qarışdıraraq mövzudan uzaqlaşdırmaq.

4.Bu insanlar heç bir başqasının fikrini qəbul etməz ,yeniliklərə qapalıdır.Nə istəsəniz izah edin,içindən sözlər seçərək sizi haqsız çıxarar.Yenə məqsəd eynidir.Sizi mövzudan kənarlaşdırmaq,özünüzdən şübhəyə salıb günahkar hissetdirmək

5.Sizin tarazlığınızı pozaraq hisslərinizin normal olmadığına,məntiqsiz olduğunuza sizi inandırmağa çalışar.

6.Sizə tərif deyər kimi maskalanaraq əslində tənqidlə hücuma keçər.Hər fürsətdə sizi alçaltmaq üçün əlindən gələni edər.Bunu ona ifadə etsəniz yenə sizin düşüncələrinizin "xəstə" olduğunu iddia edər.

Hər zaman sizi tənqid etmək üçün səbəb tapırlar.Nə edirsiz edin bundan yaxa qutarmaq mümkün deyildir.

7.Üzünüzə qarşı qalib gələ bilmirsə arxanızdan sevdiklərinizə yaxınlaşaraq, münasibət quraraq çox ustalıqla onları da sizə qarşı çevirər.

8.Sizi əvvəlcə özünə bağlamaq üçün əlindən gələni edir.Bağladıqdan sonra isə sizi alçaltmaq üçün əlindən gələni edir.Bunlara məruz qalan insanlar problemi aydınlaşdırmağa çalışır amma boşuna.Psixoloji şiddətin içinə düşməkdən yaxa qutara bilmir.

9.Əvvəlcə zəif nöqtələrinizi öyrənir.Sonra sərhədlərinizi pozmağa başlayır.ONLAR ƏSLA SƏHVLƏRİNİ QƏBUL ETMİR.MƏCBUR QALARSA YALANDAN ÜZR İSTƏYİR HƏTTA RAHATLIQLA AĞLAYIR.ƏSLA ALDANMAYIN SADƏCƏ NOVBƏTİ OYUNLARINI OYNAYIR.

10.Şişirdilmiş zarafatlar.Sevmədiyiniz mövzularda şişirdilmiş hədsiz və yersiz zarafatlar edir.Reaksiya verdiyiniz zaman sizi zarafatdan anlayışınızın olmaması ilə günahlandırır.

 11.Özünüzdən utandırmaq.Bu "parazit" böyük bir günah işlədiyinizi sizə yeritməyə çalışaraq sizin özgüvəninizi ,özünüzə olan inamınızı məhv etməyə çalışır.

Bir çoxları oxuduqca barmağını dişləyəcək.Əgər həyatınızda belə bir insan varsa həkimlər sadəcə bir tövsiyyə verir. ORADAN ÇEMODANINIZI TOPLAYARAQ QAÇIN.ÇÜNKİ BU İNSANLAR HEÇ BİR SƏBƏB TAPMASA BELƏ SIRF BEYİNLƏRİNDƏKİ "ACLIĞI"DOYURMAQ ÜÇÜN SİZƏ YENƏ HÜCUM EDƏCƏK.YOX ƏGƏR ÖZÜNÜZÜ "İNSANÜSTÜ" BİR VARLIQ KİMİ GÖRÜRSÜZSƏ ONLARLA YAŞAMAĞA DAVAM EDƏ BİLƏRSİZ!Bu şəxsiyyət pozulmasının müalicəsi yoxdur.

     Normal insan beyni əsla başqasına işkəncə verməz.Psixopatlardan fərqli olaraq hissləriniz buna yol verməz.Əgər keçmişdə onların qurbanı olmusunuzsa buna görə kədərlənməyin :

ÇÜNKİ ƏN BÖYÜK KƏDƏR PSİXOPATIN ÖZÜ OLMAQDIR!

 ÇÜNKİ HEÇ VAXT ÇİÇƏKLƏRDƏN ,YAZIN GƏLİŞİNDƏN SEVİNMƏYƏCƏK,PAYIZIN GÖZƏLLİYİNİ DUYMAYACAQ,BAŞQASININ GÜLMƏSİ İLƏ GÜLMƏYİN , AĞLAMASI İLƏ AĞLAMAĞIN NƏ OLDUĞUNU ANLAMAYACAQ! HƏTTA ƏN ƏZİZLƏRİNİ, YAXINLARINI BELƏ SEVMƏYƏCƏK,ANLAMAYACAQ....SEVMİŞ,  ANLAMIŞ KİMİ EDƏCƏK ...                                                                                                                                                                                                             SADƏCƏ   "MIŞ"  KİMİ....

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA