Duz otağı və faydaları.Duz otağında ilk seans

   Duz otağı otaqda hər tərəfin təbii qaya duzları istifadə edilərək tikilmiş,Halogenerator vasitəsi ilə içəriyə püskürtülən farmakoloji duz aerosollarını tənəffüs etdiyimiz məkandır.Haloterapiya-Duz terapiyasının seansı 45 dəqiqə olur.Duz otağının müalicə dəyəri təsdiqlənmiş olduğundan ,aşağıdakı problemləri olan insanlarda çox faydalıdır:

  •   Nəfəs yolu xəstəlikləri
  • Astma xəstəliyi
  • Bronxit
  • Ağciyər iltihabı
  • Soyuqdəymə və qrip
  • Öskürək
  • Qulaq infeksiyaları
  • Egzema
  • Psoriaz
  • Stress
  • Depressiya
  • Yuxusuzluq
  • Larengit
  • Farengit
  • Sinuzit
  • Pnevmaniya
  • Allergiya
  • Artıq çəki vəs.

  Duz otağında havaya püskürtülən Na Cl hissəcikləri Bronxial astmanı yüngülləşdirir,havadakı polenləri nəfəs yollarından uzaqlaşdırır,polenlərə qarşı allergik reaksiyanı azaldan immun sistemi gücləndirir,nəfəs yollarını təmizləyir,soyuqlama ,qripdən qoruyur və müalicə edir,akne ,dermatit kimi dəri xəstəliklərini müalicə edir,yuxusuzluğu aradan qaldırır.

 Duz otağında ilk seans

Duz otağına yazıldığınız saatda gəlməyiniz vacibdir.Əks halda diger seansı gözləməli olacaqsız.Duz otağında dəriniz və geyimləriniz incə duz təbəqəsi ilə örtüləcək.Bu sizi narahat edəcəksə üzərinizə qoruyucu geyim verilir.Ve ya seansdan sonra evde duş qəbul edəbilərsiz.Seans müddətində otağın qapısı mümkün olduğu qədər açılmamalıdır.Duz seansından sonra bol su içilməlidir.Duz otağının faydalarını artırmaq üçün nəfəs yollarını açıcı,sakitləşdirici təsirli esensial yağlardan da topikal istifadə etmək olar.

Duz otağında müalicə-TƏBİİ DƏRMANSIZ müalicədir.Bir neçə əks göstərişi var-Ürək xəstəlikləri olanlar,Hipertenziv xəstələr əvvəlcə həkimdən məsləhət almalıdır.6 həftədən başlayaraq körpələr valideyni ilə birgə duz seansı qəbul edə bilər.

 Duz otağı ilk 5 seansdan sonra faydasını göstərir.Müalicənin gedişatına görə ildə 2-3 dəfə təyin edilir.

 

 

 

Çox oxunanalar

Copyright © 2019 MINBIRDERMAN, Bütün hüquqlar qorunur. Dizayn: İNNOA