Ayaqlarda qıcolma-bu xoşagəlməz hissi təkrar yaşamamaq üçün oxuyun

   Ayaq qıcolmaları adətən gecə yuxu saatlarında baş verir.Uzun müddət hərəkətsiz qalmış ətrafda əsasən baldırda ani hərəkət zamanı yaranır.Ağrı bəzən bütün gün keçmir və insanın hərəkətini məhdudlaşdırır.Bele spazmlar daha çox 50 yaşdan yuxarı qadın və kişilərdə görülür.

Ayaqlarda qıcolma Narahat Ayaq Sindromu (NAS) deyildir.Oxşar cəhətləri odur ki ,hər ikisi gecə saatlarında yaranır.Lakin, NAS zamanı ayağı hərəkət etdirdikdə ağrı yüngülləşir.

 

 Ayaqlarda qıcolmanın səbəbləri və risk faktorları

  1. Uzun müddət oturduqda
  2. Uzun müddət beton üzərində dayandıqda və ya işlədikdə
  3. Ağır idmanlardan sonra
  4. Bəzi sağlamlıq problemləri ilə əlaqədar məs.;
  • Hamiləlik
  • Alkoqolizm
  • Dehidratasiya
  • Parkinsonizm
  • Yastı ayaq
  • Diabet kimi endokrin xəstəliklər
  • Diuretiklər,beta-aqonistlərdən istifadə zamanı

Ayaq qıcolmaları zamanı müalicə və profilaktika

Müalicə hər zaman səbəbə qarşı aparılır.Məs.dehidratasiyadan yaranirsa dehidratasiyanın qarşısı alınmalıdır.

  • Ayaqlarda qan dövranını yaxşılaşdırmaq üçün at şabalıdından istifadə etmək (Aesculus hippocastanum)
  • Yatmazdan əvvəl isti duş qəbulu
  • Ağrı hissedilən hissəyə isti kompres 
  • Gərgin ayaq əzələlərini boşaltmaq üçün akapunktur 
  • Maqnezium və ya Kaliumun çatışmazlığından yaranırsa Mg,K qəbulu
  • Suda ayaq idmanları
  • Erqonomik ayaqqabılardan istifadə etmək (yüksək topuqlu ayaqqabı geyinmək olmaz) 

 Bunlar ayaqdakı qıcolmalardan sizi qoruyacaq.Əgər spazm varsa dairəvi hərəkətlərlə həmin nahiyəni masaj edin.Ayaqlarınızı düz uzadın və ayaq barmaqlarınızı dizlərinizə doğru çəkin

 

 

Çox oxunanalar