Bizə yaraşan rəngləri təyin etmək üçün dərimizin xaricdən görünən rəngi( sarışın,qaraşın ,qumral) əsas deyil.Bizə yaraşanı tapmaq üçün dərimizin alt tonu daha vacibdir.Dərimizin alt tonu 3 yerə ayrılır:
- Soyuq,çəhrayı( cool)
- İsti ,sarı (warm)
- Neytral
Dərimizin alt ton rəngini taparaq bizə yaraşan saç rəngini,geyim və makyaji təyin edə bilərik.
Gəlin dərimizin alt tonunu tapaq:
1.Günəş altında necə bronzlaşdığınızı müşahidə edin.Əgər tezliklə dəriniz qızardısa isti-sarı alt tonunuz var,əgər tezliklə bronzalaşırsızsa soyuq-çəhrayı
2.Göz rəngləriniz mavi ,boz,tünd qəhvəyi rənglərdədirsə-alt tonunuz soyuq ,ala,yaşıl göz rəngləri isə əksər hallarda isti alt tonunuz olduğunu göstərir.
3.Damar testi-Günəş altında biləyimizdəki damarlara baxırıq.Əgər yaşıl görünürsə isti ,mavi görünürsə soyuq,hər ikisi varsa neytral alt tonunuz var.
4.Qızıl ,gümüş testi-Əgər özünüzə qızılı daha çox yaraşdırırsınızsa isti ton, gümüşü yaraşdırırsızsa soyuq dəri tonunuz var.
Soyuq alt tonunuz varsa sizə hansı rənglər yaraşır?
Paltar-açıq çəhrayı,qırmızılar,moruq rəngi ,parlaq çəhrayı,parlaq zoğalı,açıq bənövşəyi,zümrüd ,tünd göy ,sapfir,solğun çəhrayı,bənövşəyi,yasəmən rəngi, limon sarısı
Saç rəng- platin,küllü sarı,krem,açıq qəhvəyi,qırmızı,qızıl şabalıdı,qəhvəyi
Tonal krem- "Rosy" çəhrayı tonlu tonal krem seçməlidir.Əgər teninizin çox soyuq göründüyünü düşünürsüzsə daha isti görünməsini istəyirsizsə tarazlığı qurmaq üçün "cream " tonlarını seçməlisiniz
Göz kölgələri-Çəhrayı,açıq çəhrayı tonları,bənövşəyi ,mavi,qara ,tünd göy ,qara ,gümüş,zümrüd ,yaşıl daha çox yaraşır.Mərcan,bronz ,torpaq və mis rəngləri isə soyuq tona uyğun deyil.
Ənlik- Qaysı ,çəhrayı tonları uyğundur.Bronz ,badam tonları isə sizə uyğun deyil.
Dodaq boyası- Çəhrayının bütün tonları.Qırmızı dodaq boyası soyuq tonlu xanımlarda çox diqqət çəkərək vulqar görünə bilər.Ona görə tonunu diqqətlə seçmək lazım
Tuş- Qara ,mavi,göy və yaşıl
İsti alt tonunuz varsa sizə hansı rənglər yaraşır?
Paltar - Fildişi, karamel, krem,açıq-tünd qəhvəyi,çəmən yaşılı,xaki,turkuaz ,mis ,petrol mavisi,bronz,günəş sarısı,bənövşəyi,xardal,şaftalı rəngi,nar çiçəyi ,qırmızı
Saç rəngi-Qızılı,bal,karamel ,şokolad,tünd qəhvəyi ,pas rəngi,mis rəngi
Tonal krem- Çəhrayı tonlarını seçmək olmaz.Daha çox bej,bronz ,buğda ,krem ,kəhrəba tonlarını seçmək lazımdır.
Ənlik -Badam ,narıncı,şaftalı rəngləri uyğundur. Mat və soyuq tonlar uyğun deyil
Dodaq boyası-Ənlik kimi şaftalı tonları,nude-dodaq rəngində təbii tonlar,gilas tonları
Göz kölgəsi-Parlaq tonlar -qızıl,mis,torpaq,krem tonları,qaysı rəngi ,zeytun yaşılı uyğundur.
Tuş - Qara və qəhvəyi
Neytral alt tona sahib olanlar isə əksər rəngləri rahatliqla istifadə edə bilər