Qadınlar üçün sağlam yaşlanmağın 3 "strategiyası"

   Florida Universiteti əsasən qadınlarda yaranan xəstəliklərin siyahısını və yaşlandıqca sağlam qalmağın yolları haqda məlumat yayıb.Cinsiyyətin də xəstəliklərin yaranmasında  rolu olduğu qeyd edilir.Odur ki,qadınlarda və kişilərdə yaşlanma ilə yaranan xəstəliklər başqadır.

   Ürək xəstəlikləri qadınlarda ölümə səbəb olan 1 nömrəli xəstəlikdirsə,süd vəzi xərçəngi və digər bəd xassəli şişlər 2-ci yeri tutur.Araşdırma göstərir ki,qadınların 82%-i hərəkətsizliyin səbəb olduğu xəstəliklərlə mübarizə aparır,67%-i artıq çəkidən,58%-i isə yüksək təzyiqdən əziyyət çəkir.

 Sağlam yaşlanmağın 3 strategiyası nədir?

    1. Mental -Zehni sağlamlığı qorumaq

     Yaşlılar gənclərə nisbətən əqli və psixoloji xəstəliklərin yaranmasında daha böyük risk altındadır.Hansı ki ,bu xəstəliklərin müalicəsi vardır.Əksər yaşlılar xəstəliklərin yaşlanmada qaçınılmaz son olduğunu düşünərək xəstəlik simptomlarından utanır və gizlədirlər. 65 yaşdan sonra əsasən depressiya ,demensiya,Altsheymer kimi psixoloji xəstəliklər yaranır.Beyində hisslər,öyrənmə və yaddaşı idarə edən hipokamp stresdən zədələnir.Ona görə xroniki stresi azaltmaq,əyləncələrə,sosial məşğuliyyətlərə vaxt ayırmaq lazımdır

    2.Şəkər və yağı azaltmaq

  Beyində artıq miqdarda toplanmış amiloid proteininin Altsheymer  xəstəliyinin yaranmasına səbəb olduğu göstərilir.Heyvani zülalı bitki zülalı ilə əvəz edin(paxla,soya ,fındıq) "Akdeniz pəhriz"i saxlayın -tərəvəz,taxıl ,balıq əsas qida rasionunuzu təşkil etsin.

   3.Fiziki hərəkət-İdman etmək

  Həftədə 2-2,5 saat müqavimətinizi artıracaq idmanla,aerobika ilə məşğul olun.İdman yaddaşı,öyrənməni və beyin hüceyrələrini yaxşılaşdırır.Əzələ çəkisini artırır ki,bu da kövrək olan sümüklərin qırılmasına qarşı özünüzü qorumaq üçün faydalıdır.

 Hər yaşda sağlamlığınızın qeydinə qalın .

                                                                                      Sağlıqla qalın!

 

 

 

Çox oxunanalar