Özünüzə googledan diaqnoz qoyursuz? Cyberchondriac xəstəsi ola bilərsiz!

   Artıq internet çağında yaşayırıq,internet bizə mükəmməl virtual dünya bəxş edir.Bəzimiz gülməli videolara baxır,bəzilərimiz bank işlərini həll edir.Bu bütün dünyada belədir.İnsanlar artıq tibbi məsləhətləri belə internetdən alır.İnsanlar keçirdikləri narahatçılıq simptomlarını internetdə axtarır bu haqda məlumat əldə edirlər.Lakin bu yolun müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də var! 

Müsbət cəhətlər

İnsanlar yüngül narahatlıqlar zamanı həkimə getmək istəmir.Buna vaxtı və ya imkanı yoxdur.Məs.adi bir soyuqdəymədə simptomları yüngülləşdirmək üçün internetdən müəyyən tövsiyyələr alır.Bəzən simptomları araşdırmaq  başlamaqda olan hər hansı bir ciddi xəstəliyin erkən tədqiqinin və qarşısının alınmasında faydalıdır.

Mənfi cəhətləri 

İnternet hələ həyatımızda olmadığı zamanlarda bəzi "xəstəlik xəstəsi" insanlar həkim həkim gəzər,heç bir problemi olmadığı halda özlərində xəstəlik axtarardı.Artıq internetdən istifadə geniş vüsət aldığına görə insanlar məs.- baş ağrısını və ya yediyi yeməkdən sonra özünü yaxşı hissetmirsə- bunu tez virtual araşdırır.Belə ən adi hallarda internetə hücum edərək özlərinə diaqnoz qoyub ,özləri qoyduqları diaqnoza inananlara "cyberchondroic"- kiberxondroiklər deyilir.Bu xəstəlik insana ciddi zərər verə bilər.Simptomlar bəzən yüngül kimi görünüb aldadıcı ola bilər.Tibbi təhsili olmayan insanlar səhv məlumat alaraq ciddi xəstəlikləri olduğunu zənn edib stress keçirə bilərlər.

Bəs onda nə edəcəyik?

Özünüzdə və ya yaxınlarınızda hər hansı narahatçılıq varsa bunu internetdən etibarlı mənbədən analiz edərək araşdırmalısınız.Ancaq qətiyyən "özünüz diaqnoz qoymamalı", mütləq həkimə gedərək müayinədən keçməlisiniz.Beləliklə,öz sahələrində mütəxəssis olan həkimlər tərəfindən sizə düzgün diaqnoz qoyulacaqdır.Sağlamlıq ən böyük nemətdir.Odur ki ,sağlamlığınızın qeydinə qalın.

Sağlıqla qalın!

 

Çox oxunanalar