Mediterranean diet - Aralıq dənizi pəhrizi ilə hipertoniyanı müalicə edin!

    Aralıq dənizi pəhrizi meyvə ,tərəvəz,zeytunyağı,paxlalılar, fındıq ,dəniz məhsullarından ibarət olan , qırmızı ət və şəkərin az istifadə olunduğu pəhriz növüdür.


Qidalanmanın xəstəliklərdə rolunu araşdıran  American journal of clinical nutrition Aralıq dənizi diyetinin endotel hüceyrələrə və qan təzyiqinə olan  təsiri haqda elmi araşdırma dərc etmişdir.Elmi araşdırmada 64 yaş və daha böyük olan 152 nəfər iştirak etmişdir.2 qrup 6 ay müddətində 2 müxtəlif pəhriz zamanı müşahidə edilmişdir.Hər iki qrup pəhriz ilə yanaşı gündəlik həyat fəaliyyətinə ,varsa dərmanları,qida əlavələrini də qəbul etməyə davam edir.İlk 3 ayın sonunda və 6 ayin sonunda həftənin 5 günü qan təzyiqi ölçülərək müqayisə edilir.

  Aralıq dənizi pəhrizi tətbiq edilən qrupda sistolik təzyiqin və ürək ritminin azaldığı müşahidə edilmişdir.FMD (flow mediated dilation-endotel hüceyrələrin qan təzyiqi artan zaman genişlənmə qabiliyyəti) artmışdır.Diastolik təzyiq isə  sabit qalmışdır.Bu da Aralıq dənizi pəhrizinin kardiovaskulyar-ürək damar xəstəlikləri riskini azaltdığını sübut etmişdir.

 

Çox oxunanalar