Ürək xəstəliklərinin əsas əlamətləri nələrdir?

    Ürək xəstələrini müayinə zamanı bir sıra ortaq əlamətlər müşahidə edilir:

Argyll Robertson göz bəbəyi sindromu,splinomeqaliya-dalaq böyüməsi,qalxanabənzər vəzi böyüməsi ,sianoz ,ödem ,aritmik nəbz,"çomaq" barmaqlılıq vəs.

  Bu əlamətlərdən yalnızca biri varsa hər zaman ürək xəstəliyindən xəbər vermir.Məs. ürək xəstəlikləri xaricində ödem - limfatik ödem zamanı,menstruasiyadan əvvəl,çox ayaqüstə qaldıqda və ya oturduqda,elastik corab geyindikdə,sirroz ,nefrit ,nefroz zamanı da müşahidə olunur.

 Sianoz mərkəzi və periferik ola bilər. Mərkəzi sianoz zamanı ağciyərdə oksigenləşmə zəif gedir.Göbəkətrafında ,dodaq və dildə göyərmə baş verir.Periferik sianozda isə ətraflarda dövran zəif olur. Sianoz yalnızca ürək xəstəliyindən xəbər vermir.Ətraflarda kapilyarlarda zədələnmələr də sianoza səbəb ola bilər.

 Ürək xəstəliklərində ürək səsləri dəyişilir.Ürək müayinəsi zamanı ürək ritminə və atma sürətinə qulaq asılır.Sistola və diastola təyin edilir.Xəstəlik zamanı bəzi əlavə küylər eşidilir , bəzi səslər zəifləyərək azalır və ya itir.Bu küylər uşaqlarda adətən fizioloji olaraq eşidilir,zamanla keçib gedir.Lakin keçmirsə ürəkdə böyük damar xəstəliklərindən , qapaqcıq ,ürəkdə dəlik xəstəliklərindən şübhələnmək lazımdır.

 

Çox oxunanalar