Xolesterin nədir?

  Həkimlər 20 yaşdan sonra hər 5 ildə 1 dəfə xolesterin səviyyəsini ölçdürməyi məsləhət görür

 Xolesterin yağ mənşəli maddədir.İnsan orqanizmində xolesterinin 75%-ni qaraciyər təşkil edirsə, qalan 25%-ni qida ilə qəbul edirik.(Xolesterinin növləri infoqrafda göstərilmişdir) "Yaxşı" xolesterin insan üçün lazımlı olsa da ,"pis" xolesterin bir sıra xəstəliklərə səbəb olur.Zərərli xolesterin çoxdursa pəhrizlə azaltmaq mütləqdir.Bunun üçün heyvani qidaları rasionda azaltmaq,bitki mənşəli qidaları isə artırmaq lazımdır.Xüsusilə qaraciyər ,yumurtada xolesterin ən yüksək səviyyədədir.Bundan başqa yağlı süd və süd məhsullarında da mövcuddur.

Deməli ,"pis" xolesterini azaltmaq üçün qırmızı ət məhsullarından imtina etmək, meyvə ,tərəvəz,taxıl ,paxlalılarla qidalanmaq lazımdır.Omega 3 ilə zəngin qoz,yulaf,kətan toxumu da xolesterinin miqdarını azaldır.

 Bəzi hallarda həkimlər "pis" xolesterini azaltmaq üçün müəyyən dərmanlar də təyin edirlər.

 

Çox oxunanalar